İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məscidə HÜCUM - çox sayda yaralı var

1273 16.09.2022 15:13 Region A A

İranın Fars əyalətinin Şiraz şəhərində naməlum şəxs bıçaqla məsciddə insanlara hücum edib.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.

İnsanlar səhər dini ayini yerinə yetirib məsciddən çıxarkən həmin şəxs onlara bıçaqla hücum edib.

8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Soyuq silahla məsciddə insanlara hücum edən şəxs saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR