İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda kritik seçki - 9-cu prezidentdən gözləntilər

692 23.05.2024 13:33 Siyasət A A

Cənub qonşumuzda böhran gözlənilmir, yaxın günlərdə prezidentliyə namizədlər bəlli olacaq

Xəbər verildiyi kimi, iyunun 28-də İranda erkən prezident seçkisi keçiriləcək. Bu, sayca 14-cü prezident seçkisi olacaq.

İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkisinin keçirilməsi barədə qərarı təsdiqləyib. Bu barədə şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib. O bildirib ki, namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq. 

Məlumdur ki, İranın daxili və xarici siyasətini təkcə prezident deyil, Ali Rəhbər Ayətullah Əli Xameneyi müəyyən edir. İran konstitusiyasının 131-ci maddəsində belə hallarda nə etmək lazım olduğu açıq şəkildə göstərilib. Bu maddəyə görə, Prezident vəzifədə olarkən vəfat edərsə, vəzifəsi onun vitse-prezidentinə həvalə olunur. Bu baxımdan 2021-ci ildən mərhum rəisin müavini olan Məhəmməd Möxbərin prezidentliyi gözlənilir. Yenə də İran Konstitusiyasına görə, Məhəmməd Möxbərin səlahiyyət müddəti 50 gün ərzində keçirilməli olan yeni seçki yekunlaşana qədər olacaq. Belə olan təqdirdə ekspertlər iqtidarda boşluqdan və ya siyasi böhrandan danışmağın düzgün olmadığını bildirirlər. Başqa sözlə, Ali lider Xameneyinin İranın daxili və xarici siyasətindəki təsiri sayəsində İbrahim Rəisinin ölümü radikal siyasi dəyişikliyə səbəb olmayacaq. 

Bəllidir ki, İranda son parlament seçkilərində əhali ən aşağı fəallıq göstərib. Hazırda budəfəki seçkidən gözləntilər, yeni prezidentin Rəisi ya başqa düşərgədən olacağı, sabiq prezidentlər Həsən Ruhani, Mahmud Əhmədinejadın seçkiyə qatılmaq ehtimalı və s. ilə bağlı məsələlər gündəmdədir.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

 Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat” açıqlamasında qeyd etdi ki, bu gün İran-Azərbaycan münasibətləri sürətlə inkişaf etməkdədir: “Azərbaycan və İran prezidentlərinin sərhəddə son görüşü birmənalı olaraq prosesə müsbət təsirini göstərəcək və tərəflər əlaqələrin inkişafı istiqamətində addımlarını davam etdirəcəklər. Bu gün İranda seçki prosesinə hazırlıq gedir. Nəzərə almaq lazımdır ki, İranda idarəçilik sistemi çox güclüdür. Əsas məsələləri dini lider həll edir. Son baş verən hadisə İran cəmiyyətində çox böyük təəssüf doğurdu. Düşünürəm ki, seçkidə müəyyən mənada fəallıq olacaq. Yeni seçilən prezident də Rəisinin siyasətini davam etdirəcək. Rəisi İran dövlətçiliyinə ən sadiq şəxslərdən biri idi. İranın daxili və xarici siyasətini ali dini lider müəyyənləşdirir. Hesab edirəm ki, İran dövləti bu seçkini uğurla başa çatdıracaq”. Ceyhun Məmmədov sabiq prezidentlərin növbəti seçkidə iştirak edəcəyini güman etmir: “Sabiq prezidentlər Həsən Ruhani, Mahmud Əhmədinejadın seçkiyə namizəd kimi qatılacağını düşünmürəm. İrana yeni liderin rəhbərlik edəcəyini gözləyirəm. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Azərbaycandakı səfirliyini ziyarət etdi, xoş fikirlərini söylədi. Biz İran xalqına seçkilərin uğurla keçməsini arzulayırıq. Ümid edirik ki, Azərbaycan-İran münasibətləri daha da inkişaf edəcək, möhkəmlənəcək”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR