İnsanlara hürriyət, millətlərə istiqlal!

İran milli komandasının azərbaycanlı üzvü etiraz olaraq yığmadan ayrıldı - FOTO

1309 28.11.2022 18:40 İdman A A

İranda xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib. Əslən Güney Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan tanınmış idmançı və İran milli taekvondo komandasının üzvü Əkrəm Xudabəndəli də milli komandadan ayrılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Azərbaycanlı idmançı özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda 12 illik idman fəaliyyətindən sonra İran milli yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

Əkrəm Xudabəndəli İran qadın taekvondoçuları arasında ən güclü idmançılardan sayılır. O, 12 illik peşəkar idman fəaliyyəti dövründə bir neçə dəfə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR