İnsanlara hürriyət, millətlərə istiqlal!

İran generalı: Biz onları qorxutduq

1541 13.04.2024 02:18 Dünya A A

İran lideri Əli Xamneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bu gün uğurlu “psixoloji və media əməliyyatı” barədə məlumat verib. 

Musavat.com Təbriz Turan TV-yə istinadən xəbər verir ki, o, İranın İsrailə hücum xəbərinin həm ABŞ-ı, həm də İsraili qorxutduğunu və dəhşətə gətirdiyini bildirib.

General Yəhya Rəhim Səfəvi deyib: "Bu psixoloji, siyasi və media müharibəsi İsrail üçün döyüşlərdən daha dəhşətli olub, çünki o, bəzi İsrail qüvvələrini hücum qorxusundan gecələr qaçmağa və ya gizlənməyə məcbur edib".

İranlı general qeyd edib ki, İsrail məhz onların “psixoloji əməliyyatı” sayəsində Rəfaha hərbi hücumu dayandırıb: “Son hadisələrdən sonra sionist rejimin bütün hərbi-siyasi orqanları sarsılıb və Rəfahdakı hərbi hücumlar indi dayandırılıb. Sionist rejimin siyasi və hərbi qüvvələri arasında fikir ayrılıqları güclənib”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR