İnsanlara hürriyət, millətlərə istiqlal!

İran dünyanın ən böyük zavodlarından birini VURDU

2065 07.04.2026 13:30 Dünya A A

İran Səudiyyə Ərəbistanı ərazisində yerləşən Əl-Cübeyl şəhərindəki iri sənaye obyektini hədəfə alıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı məlumatı Agence France-Presse (AFP) yayıb. Bildirilir ki, hücum Yaxın Şərqin ən böyük neft-kimya müəssisələrindən biri hesab olunan Saudi Basic Industries Corporation (SABIC) şirkətinin zavoduna yönəlib.

Zərbələr nəticəsində müəssisə ərazisində güclü yanğın baş verib. Yanğının miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, SABIC qlobal miqyasda fəaliyyət göstərən və neft-kimya sahəsində dünyanın ən böyük dörd şirkətindən biri sayılır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR