İnsanlara hürriyət, millətlərə istiqlal!

İradə İsak bu aparıcıları İFŞA ETDİ: "Araşdırsınlar, 90 faizinin ali təhsili YOXDUR" VİDEO

4402 28.02.2026 20:14 Müsahibə A A

Son dövrlər Azərbaycan teleməkanında baş verənlər cəmiyyətdə ciddi narahatlıq doğurur. Televiziya efirində aparıcıların bir-birinə qarşı qeyri-peşəkar davranışı, jarqon və vulqar ifadələrə yer verməsi, açıq söyüş və təhqirlərlə müşayiət olunan qalmaqallar artıq ictimai qınaq mövzusuna çevrilib. Tamaşaçılar haqlı olaraq sual edir: efir məkanı niyə nəzarətsiz görünür və bu hallara niyə vaxtında müdaxilə edilmir?

Xüsusilə son günlər aparıcı Tarix Əliyevlə (Tolik) ilə müğənni Səidə Sultan arasında yaşanan qalmaqal vəziyyəti daha da gərginləşdirdi. Canlı efirdə qarşılıqlı ittihamlar, etik çərçivəni aşan ifadələr və açıq təhqirlər sosial şəbəkələrdə geniş rezonans doğurdu. Bu hadisədən sonra bir sıra verilişlərin dayandırılması isə problemi daha geniş müstəviyə çıxardı: məsələ təkcə iki şəxsin mübahisəsi deyil, ümumilikdə efir mədəniyyəti və peşə etikası məsələsidir.

Bəs telekanallarda baş verən bu özbaşınalığın səbəbi nədir? Reytinq naminə sərhədlər bilərəkdənmi aşılır? Nəzarət mexanizmləri niyə effektiv işləmir? Ən əsası, efir məsuliyyəti harada başlayır, harada bitir?

Bu və digər suallara tanınmış telejurnalist İradə İsak "TV Müsavat"ın efirində cavab verib.

Musavat.com həmin videomaterialı təqdim edir.

Afaq Mirayiq,
Video: Məhəmməd Türkmən,
Montaj: Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR