İnsanlara hürriyət, millətlərə istiqlal!

"İngilislərin üstünlüyünü qəbul etməliyik" - Aliu Sisse

602 05.12.2022 16:14 İdman A A

Seneqal yığmasının baş məşqçisi Aliu Sisse DÇ-2022-nin 1/8 finalında İngiltərəyə 0:3 hesabı ilə uduzaraq mundialla vidalaşmalarını şərh edib.

Qol.az "L`Equipe"a istinadən xəbər verir ki, mütəxəssis İngiltərənin onun komandasından güclü olduğunu etiraf edib:

“İlk 30 dəqiqə maraqlı keçdi. Amma şanslarımızı reallaşdıra bilmədik. İngiltərə çox yaxşı oynayırdı. Rəqiblər fiziki mübarizədə güclü, texniki cəhətdən də yaxşı idi. Əlimizdən gələn hər şeyi etmədik. Biz buraya gəlmək üçün illərdir ki, çalışırıq. Amma İngiltərə FİFA reytinqində 5-ci yerdədir. Və fərq görünürdü. Mən futbolçularımla fəxr edirəm. Biz ingilislərin üstünlüyünü qəbul etməliyik. Onların ikinci qolu bizə təzyiq etdi. Üçüncü qol isə bizi tamamilə oyundan çıxardı. Komandamızın birliyini, düşüncəsini bəyənirəm. Biz təslim olmadıq və nə olursa, olsun irəliləməyə çalışdıq".

Qeyd edək ki, Seneqal A qrupunda 6 xal toplayaraq ikinci yerin sahibi kimi 1/8 finala adlamışdı. Komanda qrupda ev sahibi Qətərə (3:1) və Ekvadora (2:1) qalib gəlsə də, Niderlanda uduzub (0:2).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR