İnsanlara hürriyət, millətlərə istiqlal!

İnflyasiya hələ iki il hədəfdən yüksək olacaq – BVF rəhbəri

613 05.10.2023 22:49 İqtisadiyyat A A

Yaxın iki ildə inflyasiya bir sıra aparıcı iqtisadiyyata malik ölkələrdə hökumətin hədəf göstəricisindən yüksək olara qalacaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu fikri Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva səsləndirib.

BVF rəhbəri qeyd edib ki, inflyasiyanı hədəfə uyğunlaşdırmaq üçün mərkəz banklare uçot dərəcələrini yüksək saxlamalıdılar: "İnflyasiya ilə mübarizə bir nömrəli prioritetdir. Mərkəzi bankların qətiyyətli addımları və məsul fiskal siyasət sayəsində inflyasiya əksər ölkələrdə azalır, lakin bəzi ölkələrdə 2025-ci ilə qədər hədəfdən yuxarı qalacaq".

BVF rəhbərinin fikrincə, “yüksək inflyasiya istehlakçıların və investorların inamını sarsıdır, iqtisadi artımın əsaslarını məhv edir və hər şeydən əvvəl əhalinin ən yoxsul təbəqələrinə ən böyük zərər vurur”. "İnflyasiya ilə mübarizədə qələbəyə nail olmaq üçün faiz dərəcələrinin uzun müddət yüksək qalması lazımdır. Yenidən inflyasiya riskini nəzərə alaraq sərt monetar siyasətin vaxtından əvvəl yumşaldılmasının qarşısını almaq son dərəcə vacibdir", - Georgieva qeyd edib. O, "inflyasiya təzyiqləri yüksək qaldıqda pul siyasətini dəstəkləyə biləcək fiskal siyasətin sərtləşdirilməsinə" çağırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR