İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişli sakinləri intim video iddiası ilə market sahibinə hücum etdilər, polis məsələyə qarışdı - VİDEO

1305 20.05.2022 16:46 Hadisə A A

İmişli rayonunun Rəsullu kəndində market sahibinə hücum edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

İddia edilib ki, market sahibi azyaşlıya pornoqrafik xarakterli video göstərdiyi üçün ona uşağın ailə üzvləri hücum ediblər. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla əlaqədar obyektin sahibi M.Abbasov İmişli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb:

“Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR