İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Xankəndidə ucaltdığı BAYRAQ: Qafqaz tarixi yenidən yazılır, erməni diasporu isə çökür

3231 15.10.2023 18:53 Analitika A A

Bundan sonra bütün Qafqazın, eləcə də, Ermənistanın gözü və qulağı Bakıya diqqət kəsiləcək... Bu, Azərbaycan dövlətinin yazdığı yeni Qafqaz tarixinin qarşısıalınmaz hökmüdür...

Cənubi Qafqazda bir dövr sona çatdı. İndi bu regionda tamamilə yeni və daha pozitiv mərhələ başlayır. Cənubi Qafqaz son 30 ildə erməni separatizmi və terrorizminə düçar olmuşdu. Ancaq Azərbaycan ordusu cəmisi 3 il ərzində bütün regionu süni yaradılmış yoluxucu problemdən xilas etdi. Və indi bütün dünya bu reallıqla barışmaq məcburiyyətində qalıb.

Əlbəttə ki, əvvəl-axır erməni toplumu da mövcud reallıqlarla barışmalı olacaq. Çünki bu barbar toplumun "artsax" və ya "miatsium" ideologiyası iflasa uğradılıb. Bundan sonra belə qondarma iddialarla, xəyal məhsulu ilə Cənubi Qafqazda təxribatlar törədə bilməyəcəklər. Azərbaycan ordusu erməni toplumu üçün bu dövrü həmişəlik qapatdı. Və indi bu barbar tayfa daha çox özünün mövcud olmaq şanslarını qorumaq barədə düşünməyə məcburdur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın beynəlxalq himayədarları üçün də Cənubi Qafqazda 30 illik bir mərhələ sona çatdı. İndi Fransa başda olmaqla, bəzi ermənipərəst Qərb siyasi dairələri də yeni geopolitik şərtlərə həssas yanaşmalı olacaqlar. Son vaxtlara qədər Cənubi Qafqazda "erməni faktoru" üzərindən müxtəlif məkrli planlar quranlar dərin məyusluq içərisindədirlər. Çünki onlar bu regionda "erməni faktoru"nun əbədi təxribat mexanizmi kimi mövcud olacağına əmin idilər.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Halbuki, dünya ermənipərəstlərinin 30 il israrla təkrarladıqları "Qarabağ problemi"nin hərbi yolla həlli mümkün deyil" iddiaları hazırda boşa çıxıb. Azərbaycan ordusu onların dediklərinin dünyanın ən böyük yalanı olduğunu cəmisi 3 ildə sübuta yetirə bildi. Erməni terrorizminin arxasına sığınıb, Cənubi Qafqazda yerləşməyə çalışan dünya güclərinin əlində olan sonuncu təxribat mexanizmləri də sıradan çıxarıldı. Və bu, Fransanın liderliyi altında olan dünya ermənipərəstlərində dərin məyusluq qaynağıdır.

İndi yalnız Ermənistanı deyil, bütün dünyaya yayılmış erməni diasporunu da ağır günlər gözləyir. Çünki Ermənistan və erməni diasporunun ortaq hədəfi məhz "Qarabağ problemi" idi. Ermənistan Azərbaycanın Qarabağ regionunu işğal etmişdi. Erməni diasporu isə bu işğalı davam etdirə bilməsi üçün Ermənistana siyasi və maliyyə dəstəyini təmin edirdi. Bu baxımdan, Ermənistana analoji dəstəyin əvvəlki səviyyədə davam etdirilmə ehtimalı artıq şübhə doğurmağa başlayıb.

Digər tərəfdən, erməni diasporu daxilində də müəyyən parçalanma meyllərinin olduğu barədə məlumatlar mövcuddur. Bəzi iddialara görə, erməni diasporunu vahid hədəfə yönəldən əsas ideoloji tezislər artıq təsirini itirməkdədir. Hətta erməni diasporunun "para toplama kampaniyası" da əvvəlki kimi operativ məzmun daşımır. "Qarabağ problemi" artıq mövcud olmadığından para toplamaq üçün inandırıcı səbəb və ya bəhanə də qalmayıb.

Bəzi erməni mənbələri onu da iddia edirlər ki, "Qarabağ problemi" üzərindən böyük sərvət qazanan dairələr hazırda bu qaynağı itirməyə başlayıblar. Yəni, erməni diasporunun "artsax" və ya "miatsium" biznesi çökmək üzrədir. Və böyük ehtimalla tezliklə erməni diasporunun özü də tədricən çökməyə başlayacaq.

387874352_6815145915190736_5932059292260522875_n.jpg (63 KB)

Məsələ ondadır ki, bundan sonra erməni diasporunun birləşməyə və intensiv fəaliyyət göstərməyə sövq edən əsas "stimul" mövcud deyil. Yeni "stimul" axtarışları isə o qədər də ümidverici nəticələr vəd etmir. Üstəlik, erməni diasporu artıq ondan alət kimi istifadə edən Qərb siyasi iradə mərkəzləri üçün də əhəmiyyətini itirməyə başlayıb. Hər halda, Qərbdə mənfəət əldə edilməyəcək qurumlara və onların fəaliyyətinə heç vaxt maraq olmadığı inkaredilməz reallıqdır. Və indi erməni diasporu da elə bir mənfəət vəd edə bilmir.

Beləliklə, Azərbaycan ordusu dünya ermənilərinin "birlik ideologiyası"nı təməlindən sıradan çıxartdı. Artıq dünya ermənilərini ayaqda saxlaya biləcək heç bir səbəb mövcud deyil. Bundan sonra yalnız çöküş prosesi yaşayacaqları qətiyyən şübhə doğurmur. Və Azərbaycan dövləti bu önəmli hədəfinə nail olmağı bacardı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dövlətimizin bayrağını Xankəndi şəhərində ucaldıb. Bununla da, erməni separatizmi və terrorizminə qarşı 30 illik mübarizə tarixi zəfərlə yekunlaşmış oldu. Azərbaycan lideri tam və qətiyyətli qələbəni rəsmən elan etdi. Artıq Azərbaycan ərazisində yalnız dövlətimizin Konstitusiya quruluşu mövcuddur. Və Azərbaycanın artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanın bütün ərazisində dövlətin suveren hüquqlarını bərpa edib. Son 30 ildə Azərbaycanın inkişafına əngəl törədən "boz zona" artıq mövcud deyil. Azərbaycana qarşı əsas xarici təzyiq mexanizmləri birdəfəlik ləğv edilib. Və Azərbaycanın inkişaf perspektivlərinin önü tamamilə açılıb, daha heç kim rəsmi Bakının dinc regional layihələrinə müqavimət göstərə bilməyəcək.

387875075_6815146021857392_8404618691405300058_n.jpg (49 KB)

Azərbaycan ordusu bütün Cənubi Qafqazın tarixini dəyişdirmiş oldu. Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla, Cənubi Qafqazın əsas probleminə birdəfəlik tarixin arxivinə göndərdi. Azərbaycana qarşı məkrli planlar quranları hərbi-siyasi və mənəvi-psixoloji cəhətdən tamamilə tərksilah etdi. Və bundan sonra yalnız Qarabağ regionunda deyil, ümumiyyətlə, Cənubi Qafqazda qaydaları məhz Azərbaycan dövləti müəyyən edəcək.

Erməni separatizmi isə qarşıya qoyduğu hədəflərə tərs tərəfdən yaxınlaşa bildi. Belə ki, onlar erməni tanklarının mütləq Bakıya daxil olacağını iddia edirdilər. Ancaq indi erməni tankları Bakıdakı Qənimətlər Parkında düzülüb. Erməni separatçılar Bakıda çay içəcəklərini bildirirdilər. İndi onların "liderləri" Bakı həbsxanalarında çay içirlər. Və bütün bunlar erməni terrorizminin tamamilə məhv edilməsi anlamı daşıyır.

Azərbaycan dövləti isə bütün Cənubi Qafqazın tarixini yenidən yazır. Erməni terrorizminin yazdığı qara səhifələr isə böyük uğurla silinir. Bundan sonra bütün Qafqazın, eləcə də, Ermənistanın gözü və qulağı Bakıya diqqət kəsiləcək. Bu, Azərbaycan dövlətinin yazdığı yeni Qafqaz tarixinin qarşısıalınmaz hökmüdür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR