İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

815 21.02.2024 19:47 Ölkə A A

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir”.

***

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri səciyyələndirən dostluq ruhu Sizin rəhbərliyinizlə müdafiə sahəsində, eləcə də ortaq strateji maraq kəsb edən digər sahələrdə əməkdaşlığın inkişafı naminə daha da yüksəlməkdə davam edəcək. Bunlar hazırkı beynəlxalq mənzərəni və xüsusilə də Avro-Asiya regionunu xarakterizə edən sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə ikitərəfli münasibətlərimizi gücləndirmək üçün zəruri əsaslardır.

Sizinlə tezliklə görüşmək ümidi ilə fürsətdən istifadə edərək, Sizə ən səmimi salamlarımı çatdırıram”.

***

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.

Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır. Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm”.

***

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com-un məlumatına görə, məktubda deyilir:

“Prezident seçkisində qazandığınız qələbə münasibətilə Sizi Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf, xalqınıza firavanlıq arzulayıram.

Əminəm ki, biz etibarlı dostluq münasibətlərimizi həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyələrdə qarşılıqlı maraqlarımız naminə inkişaf etdirəcəyik. Mən ilk növbədə iqtisadiyyat, turizm və enerji sahələrində kommunikasiyanı intensivləşdirməyə, əməkdaşlığı gücləndirməyə töhfələr verməyə hazıram.

Ölkənizin uğurlarının davamlı olmasını arzulayır, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyimi bildirirəm.

Ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR