İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

2690 04.04.2023 23:22 Son xəbər A A

Azərbaycanda fəaliyyət göstərən Demokrat.az saytı maraqlı və aktual bir yazıilə çıxış edib. Yazı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun özbaşına atdığı addımla bağlıdır.

Musavat.com aktuallığını nəzərə alaraq həmin yazını olduğu kimi təqdim edir:

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb.

Bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.

İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.

İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.

Şəhər sakinləri Demokrat.az-a bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb:

"İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M.Ə.Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik".

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR