İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərişəhərdəki pişik heykəlli tikilinin TARİXİ SİRLƏRİ –FOTO

3479 19.11.2023 21:30 Maraqlı A A

“Dünyada pişikli evlər bir neçə ölkədə mövcuddur. Brüsseldə, Kiyevdə, Riqada, Henfilddə pişikli evlər, Moskvada Klingsland yaşayış binası, N.G.Tarxovanın yaşayış binası kimi qəribə və maraqlı tikililər var. Bu sırada Bakıda, İçərişəhərdə yerləşən pişikli ev də diqqəti cəlb edir”.

Bizim.Media xəbər verir ki, dünyanın bir çox yerlərində mövcud olan pişikli evlərin sirri ilə bağlı tarixçi alim, dosent Zaur Əliyev araşdırma aparıb.  

Alim qeyd edib ki, Bakının yaşlı sakinlərinin pişikli evlərlə bağlı danışdıqları mifik bir əfsanə var:

“Deyirlər ki, pişikləri olan ev insanların taleyinə təsir edir. Xüsusilə də, bu qadınların taleyində bədbəxtliklərlə əlaqələndirilir. Pişik fiqurlarının təsadüfən seçilmədiyi barədə də fikirlər var. Axı pişiklər evin sakinlərini şeytandan qoruyurlar”.

İçərişəhərdə Karvansaraya yaxın bir yerdə olan bu bina Məlikov və Ələkbərov ailələrinə məxsus evlərin arasında yerləşir. Küllə küçəsində yerləşən binada dekorativ eyvandan baxan oğlan və qızın görüşü təsvir olunub. Onların arasında bir pişik dayanıb, daha üç pişik isə yuxarıdan mənzərəni seyr edir. 

İçərişəhərdə köhnə sakinləri belə bir rəvayət eşitdiklərini deyirlər: 

“Bu ev vaxtilə iki uşağı olan sərt və ağır xasiyyətə malik olan hakimə məxsus olub. Hakimin uşaqları oynayan zaman pişik eyvandan düşüb. Uşaqlar da onun ardınca yıxılıblar. Həmin vaxt şayiə gəzirdi ki, hakimə amansızlığına görə belə bir cəza göndərilib və bu hakim ömrünün sonuna qədər lənətlənib”.

Əlbəttə, bu bir rəvayətdir və hekayə reallıqdan bir qədər uzaqdır.

Bəziləri hesab edir ki, bu pişiklər İçərişəhərin simvoludur. İçərişəhər kiçik olsa da kifayət qədər qarışıqdır.

Dar küçələrin labirintində bəzən turistləri yalnız pişiklər müşayiət edə bilər. Buna görə də köhnə içərişəhərlilər arasında belə bir deyim var:

“Pişiklər İçərişəhərin sahibləridir. Axı biz köhnə inanclardan bilirik ki, evdə pişik həmişə rahatlıq, sevinc və müsbət enerji deməkdir. Məhz bu heyvanlar gərginliyi aradan qaldırır, evi və sahiblərini pis enerjidən qoruyurlar. Görünür, elə buna görə də İçərişəhər bu qədər təmiz, rahat və sakit, ruhun dincəldiyi yerdir”.

Ancaq burda mistika axtarmaq lazım deyil. Çünki zəncirli binada yerləşən “Pişik və uşaqlar” heykəli 1994-cü ildə heykəltəraş-rəssam Tarverdi Quliyev tərəfindən xalçaçı-rəssam Hacı Eldar Mikayılzadənin sifarişi ilə hazırlanıb. Yəqin ki, heykəltaraş İçərişəhərin pişiklərlə bağlılığını nəzərə alaraq, bu motivlərə üstünlük verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR