İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah" lideri: "ABŞ-ın İranı bombalayacağına dair mesajlar aldıq"

1182 03.11.2023 19:21 Dünya A A

"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda bütün variantları nəzərdən keçirir.

Musavat.comAl Mayadeen” telekanalına istinadən xəbər verir ki, o, İsrail qüvvələrinə qarşı vuruşan döyüşçülərə dəstək məqsədilə Beyrutda keçirilən kütləvi mitinqdə çıxış edib.

"Bütün variantlar masadadır və biz onlara istənilən vaxt keçə bilərik. Hamımız istənilən imkanlara və seçimlərə hazır olmalıyıq".

O, ABŞ-ın İranı bombalayacağına dair mesajlar aldıqlarını bildirib:

"Cənubda əməliyyatlarımızı davam etdirsək, ABŞ-ın İranı bombalayacağına dair mesajlar aldıq. Bu təhdidlər bizi qorxutmayacaq. Amerikalılara deyirəm ki, 1980-ci illərin əvvəllərində sizi məğlub edənlər hələ də sağdırlar".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR