İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindli bankir pürrəngi çay içmək üçün Bakıya gəldi, ərəb şeyxi isə “Şah plov”u bəyənmədi - Kimdir müqəssir?

3855 11.08.2022 22:41 İqtisadiyyat A A

Yayı istirahətsiz təsəvvür etmək qeyri-mümkündür. Kimisi daxili, kimisi xarici seçməklə yorğunluğunu atmağa çalışır. 

Kiçik araşdırma nəticəsində öyrəndik ki, vətəndaşlar istirahət üçün əsasən Türkiyə və Rusiyanı seçir.

a2aeb394-66c0-42c3-97f4-5f437bffcabc_850.jpg (181 KB)

Turizm şirkətinin satış meneceri Aynur Hüseynova Musavat.com-a bildirdi ki, yaxın 1 həftə-10 gün üçün Türkiyəyə yerlər doludur:

54432920_1325979344224382_7693480690037293056_n.jpg (209 KB)

“Pandemiya dövründə Türkiyə və Rusiya istiqamətlərinə biletlər əvvəllər olduğundan 2-3 dəfə baha idi. Hazırda qiymətlər müəyyən qədər enib, lakin pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksəkdir. Uçuşlarda yerlər olmadığına görə turları ayrı-ayrı yığmaq çətin başa gəlir. Belə hallarda biz əsasən tranzit uçuşlardan istifadə edirik, yaxud uzaq tarixlər təklif edirik. Məsləhət görərdik ki, biletləri öncədən alsınlar. Yanvar-fevral aylarında yay sezonu artıq açılır və bu zaman qiymətlərdə çox böyük fərq olur.

Kampaniyalar əsasən “Azərbaycan Hava Yolları”nda bayram ərəfələrinə təsadüf edir. İstanbula daha çox kampaniyalar olur. Novruz bayramında hər çərşənbə axşamı AZAL uçuş etdiyi hər bir istiqamətə demək olar ki, 30-50 faizə qədər endirimlər etdi. Hazırda “AnadoluJet”də İstanbula kampaniya var. Bəzən “Buta Airways” növbəti ilin sezonuna yeni reyslər əlavə edir. Demək olar ki, İstanbula gediş-dönüş 110 manata olur. “Buta Airways” İstanbul, Tbilisi, İzmir, Alanya və bir çox istiqamətə uçuş edir, öncədən bilet aldıqda daha sərfəli olur.

9d1d1f77-d9ed-48c0-9977-b142286b7b73_850.jpg (48 KB)

Qiymətlər tez-tez dəyişdiyindən proqnoz vermək çətindir.

Hazırkı qiymətlər isə belədir:

Antalya - 475$

Bodrum -  620$

Kuşadası - 635$

Marmaris - 655$

Monteneqro - 680$

Şarm əş-Şeyx - 550$

Dubay - 555$

İstanbul - 370$

Maldiv adaları - 1300$

Şri-Lanka - 799$

Mavriki - 1750$

Bali - 2060$

Seyşel adaları - 1800$

Qiymətə aviabilet, 1 həftə hoteldə gecələmə (2 nəfərlik otaqda 1 nəfərin qiyməti), qidalanma, transfer və sığorta daxildir”.

5777fd4bfa26ea1a0e2250f55526ba19-1.jpg (126 KB)

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (365 473) iki dəfə çoxdur.

Bu ilin iyul ayında Azərbaycana gələn əcnəbilərin sayına görə ilk 10 ölkəyə Rusiya (60.2 min nəfər), Səudiyyə Ərəbistanı (26.9 min nəfər), Türkiyə (22.6 min nəfər), İran (13.5 min nəfər), Pakistan (7.3 min nəfər), Gürcüstan (6.7 min nəfər), Hindistan (6.2 min nəfər), BƏƏ (5.4 min nəfər), Qazaxıstan (4.1 min nəfər), Oman (3.9 min nəfər) daxildir.

1654669289_302408_eoz67ge0c3.jpg (92 KB)

Turistlər Azərbaycanda əsasən hansı məkanları ziyarət etməyə üstünlük verirlər?

Peşəkar turist bələdçisi (gid) Balaş Maqsudbəyli qeyd etdi ki, xarici turistlər Azərbaycanda əsasən tarixi mədəniyyət abidələrini ziyarət etməyə üstünlük verirlər:

“Bu baxımdan Qobustan qayaüstü rəsmlərini, İçərişəhəri, Atəşgah və Yanardağı, Şəki Xan Sarayını, qədim dini məkanları göstərmək olar. Təbii ki, müasir abidələrimizi də görüb Azərbaycana heyran olmamaq mümkün deyil. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi turistlərin xüsusi seçimi olur”.

2bb140f0-8074-40ab-bd0c-e7b051c08897.jpg (151 KB)

Restoranlarda xidmət səviyyəsi necədir?

Bələdçi bildirdi ki, bəzi restoranlarda xidmət aşağı səviyyədədir:

“Pandemiyadan sonrakı dövrdə peşəkar ofisiantların sayı azalıb. Ofisiant işləmək üçün peşə məktəbini oxumaq lazımdır. Bu yaxınlarda pandemiyadan əvvəl getdiyimiz bir restoranda olduq. Oradakı ofisiant menyudakı yeməklərin tərkibini belə bilmirdi. Amerikada yaşayan hindli bankir pürrəngi sözünü öyrənib Bakıya gəlib ki, o çayı içsin. Onu İçərişəhərdəki restorana dəvət etdim. Çaynikin içində paket çay gəldi. Qənd və 3 nəfərə 3 dilim limon gətirdilər. Bu hala çox təəssüfləndim. Qonaqların yanında pərt olmamaq üçün həmin çayı içdim. 27 manatlıq menyu imiş. Bankir qonağımız pulu ödədi və restorandan çıxanda mənə dedi ki, bu cür xidmətlə turizm çox inkişaf edə bilməz. Bir dəfə də ərəb şeyxi öz xanımı ilə qonaq gəlmişdi. “Şah plov” yemək istədi. Restorana getdik. 4 nəfər idik. Şeyx ingiliscə dedi ki, mən ət istəyirəm, bunun içərisində ət yoxdurmu? Səbəb kimi dedilər ki, ona ət əlavə edəndə partlayır. Əsl “Şah plov”u Şəkidə yaponlarla, amerikalılarla, ingilislərlə birlikdə yemişəm.

366f2e0e-fd30-3c89-9825-9214348568d0_850.jpg (166 KB)

Bəzi rayonların restoranlarında 2 menyu olur. İnsanlar xarici və yerli olaraq ayrılır. Ərəb, ingilis görüncə bahalı menyunu təklif edirlər. Bu, xoş hal deyil”.

Bələdçiliklə bağlı problemlər

Balaş Maqsudbəyli dedi ki, bəzi xarici turistlər Bakıya öz bələdçiləri ilə gəlir:

“Vikipediyaya baxıb bələdçilik edirlər. O “bələdçilər” zəngin Azərbaycan tarixini, ən əsası, çox incə bir məqam olan Qarabağ məsələsini yanlış olaraq “turistlərinə” çatdırırlar. Azərbaycanda turları bu dövlətin sertifikatını almış əsl peşəkarlar aparmalıdır. Bir azərbaycanlı sertifikatsız başqa ölkədə bələdçilik edə bilməz. Polyak bələdçi görmüşəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında durub deyir ki, burada binaların hamısını polyaklar tikib. Bu kimi halların qarşısı alınmalıdır.

Turizm bələdçiliyi ixtisası.jpg (60 KB)

Digər məsələ, bələdçilər hər il öz bilik səviyyələrini artırmalıdırlar. Müasir zamanla ayaqlaşmalıdırlar. Qeyri-peşəkarlar, təhsilsiz bələdçilər bu işdən birmənalı şəkildə uzaqlaşdırılmalıdır. Unutmayaq ki, bu məmləkətin üzü elə bələdçilərdir. Ölkəyə gələn hər bir qonaq birinci onları görür, onlara inanır. Bu güvəni hər zaman qorumaq lazımdır”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR