İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb

633 31.08.2022 14:50 İqtisadiyyat A A

“Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur”.

Musavat.com xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Vinay Kumar deyib. O, həmçinin qeyd edib ki, cari ildə ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb: “2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1% artaraq 1,184 milyard ABŞ dolları təşkil edib.Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR