İnsanlara hürriyət, millətlərə istiqlal!

Həştərxana gedən gəmi qayıdıb gələndə yükü qənd olmayacaq - şəkər ixracı yasaqlanıb

506 04.05.2024 10:45 Dünya A A

Rusiya hökuməti qamış və ya çuğundur şəkərinə, eləcə də kimyəvi cəhətdən təmiz saxarozanın ixracına müvəqqəti qadağa tətbiq edib.

Musavat.com Rusiya mediasında istinadla bildirir ki, bu barədə fərman imzalanıb.

“Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır”, - Nazirlər Kabinetinin Telegram kanalında yaydığı məlumatda deyilir.

Qətnamədə bir sıra istisnalar nəzərdə tutulur. Beləliklə, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq. O cümlədən, Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton şəkər ixraca icazə verilir. Həmin həcmlərin xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

Şəkərin ixracının müvəqqəti qadağan edilməsi ilə bağlı qərarı İqtisadi İnkişaf və İnteqrasiya üzrə hökumət komissiyasının gömrük, tarif və qeyri-tarif tənzimlənməsi, xarici ticarətdə mühafizə tədbirləri üzrə alt komitəsi aprelin 5-də təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR