İnsanlara hürriyət, millətlərə istiqlal!

Həsən ağa Dəmirçi məhkəməyə verildi

1034 30.01.2015 15:04 Son xəbər A A
Bu günlərdə yayılan məlumata görə Güney və Güzey Azərbaycanın tanınmış şəxslərindən olan Həsən ağa Dəmirçi İran hakimiyyəti tərəfindən təqib və təhdidlərə məruz qalıb.
“Yeni Müsavat” İran mətbuatına istinadən bildirir ki, tanınmış muğam ustadı Bakıda aldığı “Türklüyə Xidmət Mükafatı”na görə təzyiqlərə məruz qalıb. Məlumata görə, pasportu əlindən alınan Həsən Dəmirçidən adı çəkilən mükafat tələb olunub. Lakin muğam ustası mükafatı onlara verməkdən imtina edib.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Həsən ağa Dəmirçidən açıqlama alıb. Onun sözlərinə görə, haqqında artıq məhkəmə işi başlanılıb:
“Dəfələrlə o mükafatı aldığımıa görə sorğu-sual olundum. Mənə bildirirlər ki,  mükafatı qəbul etməklə İran hakimiyyətinə qarşı hərəkət emişəm və “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədovla görüşməyimi siyasiləşdirirlər. Bunu əsas götürüb məsələni məhkəməyə veriblər”.
“Borçalı” ictimai cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli Həsən ağa Dəmirçiyə olan təzyiqləri “gerizəkalığın təzahürü” adlandırıb:
“Həsən Dəmirçi Güney və Güzey Azərbaycanda tanınmış şəxslərdəndir. Onun milli musiqimizin təbliğ edilməsi yöndə apardığı işlər misilsizdir. O, Azərbaycan dilinin, türkçülyün qorunması, milli fikir məsələrəlində sözü olan bir insandır, məhz bu amillərə görə təhdid olunub. Ordakı rejimi düşünsək belə hallar təbiidir.
Bizim “Borçalı” cəmiyyəti hər il Güneydən olan tanınmış şəxslərə akademik Zahid Xəlilov adına təsis edilmiş “Türklüyə Xidmət Mükafatı”nı təqdim edir. Bundan əvvəl mükafat alanlar Cavad Heyət, Aşıq Məhbub Xəlil olub. Bu il də Həsən Dəmirçiyə bu mükafatı layiq gördük. Buna görə Həsən bəyi təqib etmək absurddur, geri zəkalığını təzahürüdür. Millətini sevməsinə görə mükafat almağın altından siyasət axtarmaq, hansısa təşvişlər keçirmək əsassızdır. Hər halda onun etdiyi bütün çıxışlar göz önündə olub. Bizim cəmiyyət siyasi qurum deyil. Biz sadəcə Azərbaycanla Güney və Borçalı əlaqələrinin gücləndirilməsində maraqlıyıq.  Amacımız İran və yaxud başqa dövlətin hüquqlarını, konstitutsiyasını pozmaq deyil...
Həsən bəyi dəyərli türk kimi tanıyırıq. Biz bacardığımız qədər onu müdafiə edəcəyik. Onun yanında olmağı özümüzə şərəf borc bilirik və təqib olunmasının dərhal dayandırlımasını istəyirik”.
Xatırladaq ki, Həsən ağa Dəmirçi öz millətsevərliyi və mübarizliyinə görə bundan əvvəl də dəfələrlə İran hakimiyyəti tərəfindən  təzyiq və ittihamlara məruz qalıb. Məlum  Qaradağ zəlzələsindən sonra  əhaliyə «maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda» «təqsirli» bilinərərək 6 ay həbs cəzası alıb.
Qeyd edək ki, Sonuncu dəfə Bakıya mükafat  üçün dəvət olunan muğam ustası  “Yeni Müsavat”-a Azərbaycan musiqisi, dilimiz və milləytçilik uğrunda gedən mübarizə barəsində maraqlı və səmimi müsahibə vermişdi.

 
Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR