İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər şey onun Bakı səfərindən sonra dəyişdi” – Rusiya Azərbaycanı belə cəzalandırmaq istəyir – ŞOK DETALLAR

4638 02.08.2023 10:47 Gündəm A A

Xəbər verdiyimiz kimi, Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi hökumətə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər.

Müraciətdə həmişəki kimi Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub.

Onlar Emmanuel Makronu Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyə çağırıblar.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında qeyd edib ki, Fransa xarici siyasətini bu istiqamətdə şəkilləndirən məhz erməni diasporudur.

aziz.jpeg (273 KB)

Siyasi şərhçi vurğulayıb ki, xüsusilə 200 min səsvermə hüququna malik olan erməni vətəndaşları böyük ölçüdə təsiredicidir:

“Təkcə 200 min səs həlledici deyil, onlar böyük ölçüdə biznes sferasındadırlar, maliyyə ruporlarına malikdirlər. İstər-istəməz Azərbaycana yönəlik daimi ciddi təzyiqləri qalxan kimi istifadə edirlər. Bu mənada prezidentin Emmanuel Makron olub-olmamasından asılı olmayaraq, biz həmin daimi 200 min səsin təsirini görəcəyik”.

macron.jpg (71 KB)

Ekspert Fransanın daxili vəziyyətindən də danışıb:

“Fransanın daxili vəziyyəti çox gərgindir. Sonuncu dəfə ərəb mənşəli, xüsusilə Afrika əsilli şəxslərin başlatdığı etiraz aksiyası amansızlıqla yatırıldı. Minlərlə şəxs yaralandı, təxminən 6000 nəfər həbs olundu. Digər tərəfdən, Fransanın Afrika regionunda böyük ölçüdə problemləri var. Fransa insan haqları müstəvisində 10-dan artıq ölkə ilə ciddi konflikt içərisindədir. Lakin ondan bunun hesabını soruşan yoxdur. Çünki dünyanın 5 ölkəsindən biridir, BMT-nin daimi üzvüdür. Bu baxımdan beynəlxalq hüququn üstünlüklərindən rahat şəkildə istifadə edib indi də Qafqazda bu məsələləri reallaşdırmağa çalışırlar. Fransa bu obyektiv və subyektiv cəhətlərdən məsələyə müdaxilə etməkdə maraqlı görünür”.   

“Bu fonda Azərbaycan Fransaya hansı cavabı verməlidir?” sualına Əziz Əlibəyli belə reaksiya göstərib:

“Azərbaycanın Fransaya cavabı bloklara Qoşulmama Hərəkatı çərçivəsindədir. İkincisi, Qafqaza daxil olmaqda Ermənistanın səylərini dəstəkləməmək. Azərbaycan “Spayka”ların timsalında Avropa missiyasının nəzarətçi mexanizminə cavab verdi. Üçüncüsü, Azərbaycan Türkiyə ilə işbirliyini üst səviyyədə tutmalıdır.

Rusiya da Azərbaycanın müstəqilləşməsindən narahatdır. Sanki Fransanın bölgəyə gəlməsinə şərait yaradır ki, Azərbaycanı bununla cəzalandırsın. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri dərhal vəziyyəti başqa aktorların iştirakına yönləndirmiş oldu”.

hakan.jpg (104 KB)

“Fransa Qarabağdan hansı qazancı güdür?” sualına isə ekspert belə cavab verib:

“Birincisi, diaspora məsələsi, ikincisi, İranla birbaşa əməkdaşlıq üçün sərhəd əldə etmək, Ermənistana dəstək vermək. Yeni dünya düzəninin bir hissəsi onsuz da Qafqazda olacaq. Çünki Türkiyə və Rusiya burada təmsil olunur. Qərb bura gəlməyə məhkumdur. Bu baxımdan münaqişəli zonalar həmişə cəzbedici olur. Onların bölgəyə gəlməsində bir təsadüf yoxdur. Qafqaz onların gələcəyə yönəlik siyasətlərinin əsas geostrateji məkanlarından biridir”.  

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR