İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs bu qızdan danışır: Görün başına nə gəlib... - FOTOLAR

2157 05.05.2024 08:45 Dünya A A

Uelsdə baş verən hadisə eşidənləri təəccübləndirib.

Musavat.com xəbər verir ki, Avstraliyanın Kvinslend əyalətindəki tətilindən qayıdan Klaudiya Gill adlı gənc qız ölkəsinə qayıtdıqdan sonra baş ağrısı, qulaq cingiltisi və yorğunluq kimi əlamətlərdən əziyyət çəkib. Bir müddət dərisindəki qırmızı səpgilərə, halsızlığa, qulaqlarda küy və baş ağrılarına məhəl qoymayan 18 yaşlı gənc qızın vəziyyəti getdikcə pisləşib.

Səsə son dərəcə həssas olduğunu anlayan gənc qız bədəninin sərtləşdiyini, boynunun dartıldığını hiss edib, qusduqdan sonra huşunu itirib.

Meningokok xəstəliyi aşkarlanan və 5 gecə xəstəxanada yatan Gill müalicə prosesindən sonrakı 2 il ərzində baş ağrılarının davam etdiyini vurğulayıb: "Az qala öləcəkdim. Əgər səpgiləri daha əvvəl yaşasaydım, daha tez tədbir görərdik. Buna görə də bütün simptomları bilmək çox vacibdir".

Neisseria meningitidis bakteriyasının törətdiyi yoluxucu xəstəlik olan meningokok xəstəliyinin bir çox əlamətləri var. Neisseria meningitidis bakteriyası xüsusilə boğaz və burun kimi tənəffüs yollarının selikli qişasında olur və oradan da keçə bilir. Xəstəlik menengit (beyin membranlarının iltihabı) və ya sepsis (qan zəhərlənməsi) kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Adətən yoluxmuş şəxsin öskürməsi, asqırması və ya danışması nəticəsində havada olan damlacıqlarla tənəffüs yolu ilə ötürülən meningokok xəstəliyinin ümumi simptomları aşağıdakılardır:

baş ağrısı,

yüksək hərarət,

boyun sərtliyi,

ürəkbulanma,

qusma,

dəri problemləri,

zəiflik.

Meningokok xəstəliyi ciddi nəticələrə səbəb ola və müalicə edilmədikdə ölümlə nəticələnə bilər. Ancaq erkən diaqnoz və müvafiq antibiotik müalicəsi ilə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR