İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-ın azad etdiyi rusiyalı Qəzzadan qaçmağa az qalmış yenidən tutulubmuş - FOTO

629 27.11.2023 17:29 Dünya A A

HƏMAS-ın əsirliyində olan girovlardan biri Qəzzanın bombardmanı zamanı qaçmağa müvəffəq olub. 

BAKU.WS xəbər verir ki, bu, Rusiya və İsrail vətəndaşlığına malik olan Ron Krivoydur. 

İsrail aviasiyası Qəzza zolağını bombardman edərkən Ron Krivoyun saxlandığı bina uçub. O, dağıntılar altından çıxaraq qaçmağa müvəffəq olub.

4 gün ərzində o, təkbaşına İsrail sərhədinə çatmağa çalışsa da, silahlılar tərəfindən yenidən əsir götürülüb.

“Rusiya Prezidenti Vladimir Putinin səylərinə cavab olaraq və Fələstin məsələsində dəstəyinə görə Rusiya vətəndaşlığı olan məhbus azad edilib"- deyə HƏMAS-ın yaydığı bəyanatda qeyd olunub. 

Qeyd edək ki, Qəzza zolağında hələ də saxlanılan girovlar arasında daha bir neçə Rusiya vətəndaşı da var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR