İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim-terapevtin anası öldü: “Qətl olduğunu düşünürük”

1228 06.06.2022 15:08 Hadisə A A

Həkim-terapevt Aysel Əskərovanın anası ölüb.

Bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

Musavat..com xəbər verir ki, Qafqazinfo məsələ ilə bağlı həkimlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib:

“Anam 1965-ci il təvəllüdlüdür. Bacımın qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından isə hadisənin araşdırıldığını bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR