İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç bir seçkidə qalib gəlməyən çikaqolu kommunist – Onun külü Kreml divarlndadır

1333 01.02.2023 15:47 Yaxın tarix A A

1917-ci il oktyabr inqilabından sonra bir çox ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında kommunist hərəkatında canlanma hiss olunub. Rusiya inqilabı ayrı-ayrı ölkələrdə kommunistləri fəallaşdırıb, onların təşkilatlanmasında xüsusi rol oynayıb. Mövcud rejimlərin təzyiqlərinə baxmayaraq, kommunistlər öz siyasi təşkilatlarını təsis ediblər.

Amerikada Kommunist Partiyasının təsis qurultayı 1 sentyabr 1919-cu ildə Çikakoda keçirilib. Konfransın gedişinə Çikaqo polisi fiziki müdaxilə edib, nümayəndələrin bəziləri döyülüb, bəziləri həbs olunub, ancaq qurultay öz işini sona qədər davam etdirib. Həmin qurultayda Çarlz Rutenberq ABŞ Kommunist Partiyasının baş katibi seçilib.

Hələ təsis qurultayından öncə, 1919-cu ilin mayın 1-də Klivlenddə fəhlələrin nümayişini təşkil edən Rutenberq həmin nümayiş zamanı səsləndirdiyi “Sovet Rusiyasından əl çəkin” şüarı ilə ABŞ rəsmilərinin hədəfinə düşüb. Amma ona göstərilən təzyiqlərə baxmayaraq, Rutenberq öz əqidəsindən dönməyib, siyasi baxışlarını dəyişməyib.

52727vcWhqM.jpg (51 KB)

Çarlz Rutenberq 1882-ci ildə Klivlend şəhərində anadan olub. Onun valideynləri Almaniyadan Amerikaya mühacirət ediblər. Atası limanda yükdaşıyan işləyib. Ailənin maddi durumu heç vaxt qənaətbəxş olmayıb. Elə bu səbəbdən də Rutenberq orta təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb, o, əvvəlcə dülgər köməkçisi, daha sonra isə dülgər işləyib. Öz maddi ehtiyaclarını ödəməyə başladıqdan sonra Rutenbrq təhsili haqqında da düşünüb. O, “Berkey and Dyke” biznes kollecinin axşam şöbəsində təhsil alıb. Təhsil aldığı illərdə Rutenberq kitab mağazasında işləyib.
Gənc yaşlarından siyasətə böyük maraq göstərən, marksist ideyaları təbliğ edən Rutenberq 1909-cu ildə ABŞ Sosialist Partiyasına üzv qəbul edilib. O, “İmperialist müharibəsinə qarşı manifest”in əsas müəlliflərindən biri oluib. Bu manifest 1917-ci ildə ABŞ da keçirilən Sosialist Partiyasının qurultayının əsas proqramı kimi qəbul edilib. Məhz Rutenberqin yüksək təşkilatçılığı və rəhbərliyi ilə manifest Amerikada geniş təbliğ olunub. Bu təbliğata görə Rutenberq bir il azadlıqdan məhrum olunub.
Rutenberqin siyasi fəallığı, sosialist ideyalarına görə həbsə düşməsi artıq Rusiyada hakimiyyətə gələn sovet kommunistlərinin diqqətindən kənarda qalmayıb. 1919-cu ildə Rutenberq ABŞ Kommunist Partiyasının baş katibi seçiləndə Moskva ondan maddi və mənəvi dəstəyini əsirgəməyib.
Rutenberq bir neçə dəfə SSRİ-yə səfər edib. O, Mərkəzi Komitənin dəvəti və maddi dəstəyi ilə Moskva

5881cfdc1bfc449809eed55cc95c031f.jpg (40 KB)

Dövlət Universitetində kurslar keçib, Kreml rəhbərləri ilə dəfələrlə görüşüb. Kremlin ABŞ Kommunist Partiyasına maddi yardım ayırması da məhz Rutenberqin dövründən başlayıb. Qeyd edək ki, SSRİ-nin mövcud olduğu illərdə Kreml hər il Amerika Kommunist Partiyasına maddi yardım göstərib. Bu yardımın məbləği hər il artıb, 1960-cı illərdə iki milyon dolları keçib.

Amerika kommunistləri SSRİ-dən hərtərəfli dəstək alsalar da, ABŞ Kommunist Partiyasının ölkənin siyasi mühitinə güclü təsiri olmayıb. Yəqin ki, elə bu səbəbdən də Rutenberqin namizədliyi dəfələrlə Ohayo ştatının qubernatorluğuna, Klivlend şəhərinin meri postuna, Konqres üzvlüyünə irəli sürülsə də, o, heç vaxt seçkilərdə qələbə qazana bilməyib.

Rutenberq daha çox inzibatçı kommunist kimi tanınıb. Onun Kommunist Partiyası ilə bağlı ciddi nəzəriyyələri, ideyaları olmayıb və Rutenberq özündən sonra heç bir irs qoymayıb.

Communist_Party_USA_Flag.svg.png (62 KB)

Kreml məmurları Rutenberqi daha çox prinsipiallığına görə qiymətləndiriblər. Vyaçeslav Molotov müsahibələrində amerikalı kommunisti aşağıdakı kimi xarakterizə edib:

“ABŞ-da Kommunist Partiyasının yaradılmasında Çarlz Rutenberqin xidmətləri danılmazdır. Polis dəyənəkləri altında qurultay keçirmək, təşkilatlanmaq, hakimiyyətin təzyiqlərinə tab gətirmək, hətta dəmir barmaqlıqlar arasında kommunist ideyalarının daşıyıcısı olmaq böyük siyasi iradə tələb edir. Biz bu iradəni, dönməz əqidəni Rutenberqin simasında gördük. Amma təəssüf ki, ömür ona öz ideyalarını sona qədər həyata keçirməyə imkan vermədi. Rutenberq sovet kommunistlərinin qəlbində əbədi olaraq yaşayacaq və o, xarici ölkələrədki kommunist rəhbərlərinin bir çoxuna nümunə olacaq...”

Rutenberq 1927-ci ildə, 44 yaşında Çikaqoda vəfat edib. Qarın boşluğunda adi bir əməliyyat onun ölümünə səbəb olub. Amerikanın bir nömrəli kommunisitin harada və necə dəfn olunması rəsmilərlə kommunistlər arasında mübahisəli müzakirəyə çevriləndə məsələyə Moskva da müdaxilə edib.

3b8690ce0c771d9e7be257dc75a4a045.jpg (154 KB)

Mərkəzi Komitə Amerika kommunistlərinə başsağlığı ünvanladıqdan sonra dəfnlə bağlı bir təklif də irəli sürüb. Rutenberqin Moskvada dəfn edilməsi təklifini. Bu təklif daha çox təkidə bənzəyib və amerikalı kommunistlər Kremlin təklifini qəbul ediblər. Bütün xərcləri Moskva öz üzərinə götürüb. Rutenberqin yandrılmış nəşinin külü Çikoqodan Moskvaya göndərilib. 26 aprel 1927-ci ildə Moskvada təntənəli dəfn mərasimi keçirilib. Mərasimdə Stalin başda olmaqla bütün dövlət rəsmiləri iştirak ediblər. Rutenberqin nəşinin külü Kreml divarlarına yerləşdirilib və üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR