İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanaya silahlı hücum: Yüzlərlə məhbus QAÇIRILDI

847 03.03.2024 17:55 Dünya A A

Silahlı qruplar Haitinin Port-o-Prinsdəki əsas həbsxanasına hücum edərək yüzlərlə məhbusu azad ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Gazette Haiti" portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Xəsarət alanlar və ölənlər barədə məlumat verilmir.

Məhkumlar azad edildikdən sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb.

Məlumata görə, silahlı qrupların hücumu respublikanın baş naziri Ariel Henrinin Keniyada olduğu bir vaxtda baş verib.

Qeyd edək ki, Ariel Henri bu ölkənin hakimiyyət orqanlarından Haitiyə sülhməramlı kontingent göndərməyi xahiş edib.

CNN-in Haiti hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, silahlılar şəhər boyu bir neçə polis məntəqəsinə hücum edib, azı dörd nəfəri öldürüb, bəzi məntəqələri isə yandırıblar.

Hava limanı yaxınlığında baş verən atışma ilə əlaqədar aviaşirkətlər Haitiyə uçuşları dayandırmaq qərarına gəliblər.

Haitidə vəziyyət 2021-ci ildə prezident Jovenel Moisenin öldürülməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib. Məlumata görə, silahlı dəstələr paytaxt ərazisinin 80%-nə nəzarət edirlər. Bəzi cinayətkar qruplar hakimiyyəti zorla devirmək planlarını açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR