İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs xəbəri yayılan Elşən Xəzərə niyə "İran casusu" deyirlər? - YENİLƏNİB

4571 05.08.2023 17:40 Gündəm A A

"Mouze" Teleqram kanalına istinadən verdiyimiz xəbərdə iddia olunurdu ki, tanınmış meyxanaçı Elşən Xəzər saxlanılıb.

mouze.PNG (250 KB)

 

Sözügedən kanal sonradan məlumat yaydı ki, Elşən Xəzər hüquq-mühafizə orqanlarında "sorğu-sual edildikdən sonra sərbəst buraxılıb". Elşən Xəzər özü isə canlı yayında deyib ki, yorğun olduğu üçün ötən gündən telefonu söndürüb yatıbmış.

Məqamdan istifadə edən İran mollalarının nökərləri bu xəbərə görə Musavat.com-a qaşı təhdid və təhqir kampaniyası başladıb. Hansı ki, Musavat.com-la yanaşı, bu məlumatı Moize kanalına istinadla ölkənin bütün saytları vermişdilər.

Həmin anda haqqında məlumat yayılan və cəmiyyətdə barəsində suallar yaranan Elşən Xəzər barədə qısa məlumat təqdim etmişdik. İndi oxuduğunuz düzəlişləri qeyd etməklə, həmin qısa bilgiləri linkin içərisində saxlayırıq:

Elşən Qürbətov (Xəzər) 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olub. Əslən Cəlilabaddan olan E.Qürbətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kütləvi rejissorluq" fakültəsini bitirib. 1995-ci ildən meyxanaya başlayıb və ölkədə kifayət qədər tanınıb.

2007-ci ildə bir yerdə böyüyən kimsəsiz gənclərin müstəqil həyata atılmasından bəhs edən "Sirat körpüsü" filminə çəkilib.

Hazırda onunla bağlı cəmiyyətdə və mediada İranın molla rejiminə yaxın olması və casusluq etməsi iddiaları hakimdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR