İnsanlara hürriyət, millətlərə istiqlal!

Hasilat azalsa da, neftin qiymətini artırmaq mümkün olmayacaq

1221 02.04.2020 23:44 İqtisadiyyat A A

Dünyanın iri neft hasilatçıları olan Rusiya, ABŞ və Səudiyyə hasilatı azaltmaqla qara qızılın qiymətini yüksəltmək istiqamətində təmaslara başlayıblar. Lakin bir çox espertlər hesab edirlər ki, koronavirus pandemiyasının yaratdığı qlobal resessiya aradan qalxmayınca, neft hasilatının azaldılması yolu ilə qiymətləri yüksəltmək mümkün olmayacaq.
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, neftin bir ay əvvəlki qiymət həddinə yüksəlməsini mümkünsüz edən başqa amillər də var: “Bu gün dünya neft birjaları ABŞ prezidentinin atdığı tvitlə çalxalandı - 25 dollardan 36 dollara qədər yüksəldi, bu dəqiqələrdə yenidən 29 dollara qədər gerilədi.

Tramp Rusiya və Səudiyyənin hasilatın gündəlik hasilatın 15 mln barrel azaıdılması barədə razılıq əldə edəcəyini bəyan etmişdi.

Ekspertlər dərhal bunun praktiki olaraq mümkün olmadığını yazdı - çünki bu ölkənin 2-nin birlikdə cəmi hasilatı elə 22 mln. barreldir. Yəni birdən-birə hasilatı 75% nədir, hətta 25-30% azaldacaqları belə şübhəlidir.

Başqa tərəfdən, qlobal iqtisadiyyatın orta hesabla 25-30% kiçildiyi bir vaxtda bazardan neft artıqlığının götürülməsinin belə neftin qiymətlərində nəzərəçarpan artıma səbəb olacağı, hətta bazarın real tələbatı səviyyəsində təklif saxlanacağı halda belə yüksək qiymətlərə imkan yaradacağı real görünmür.

Hazırda qlobal miqyasda ciddi iqtisadi və onun nəticəsi olaraq son dərəcə ağır sosial vəziyyət yaşanır”.

Ekspert qeyd edir ki, idxalı enerjidaşıyıcılarından yüksək asılı olan ölkələrdə ixracın kəskin itirildiyi şəraitdə yüksək qiymətə enerjidaşıyıcıları ticarət və tədiyə balansının defisitinin artmasına və makroitisadi sabitliyin həmin ölkələrdə hətta siyasi sabitliyə təhdid yaradacaq həddə pozulmasına səbəb ola bilər: “2018-ci ildə dünyanın aparıcı iqtisadiyyatlara malik olan ölkələrində idxalın strukturunda enerjidaşıyıcılarının payına diqqət edək:

Hindistan - 33%, Cənubi Koreya 27%, Yaponiya - 22%, Çin - 16%, İtaliya - 14%, Türkiyə 21.5%, Almaniya və Böyük Britaniya - 10%, ABŞ -9%.

Özü də bu ölkələrdən Yaponiya, Türkiyə, Hindistan və ABŞ, Böyük Britaniya hələ ixracatlarının ən yüksək olduğu dövrdə mənfi ticarət balansına malik ölkələrdir.

İndiki şərtlərdə isə ixracın kəskin şəkildə azadığı dövrdə neftin qiymətllərinin adekvat azalması qaçılmazdır - əks halda, xidmət ixracının da itirildiyi bir şəraitdə enerjidaşıyıcılarının bahalanması bu ölkələrin nəinki ticarət balansını, bütövlükdə ödəmələr balansında iri həcmdə defisitin yaranmasını qaçılmaz edər. Bu baxımdan, virus probleminə nöqtə qoyulmayana qədər neft bazarının yüksək, ən azından Rusiya və ABŞ-ı qane edən ortaq qiymət həddinin formalaşağı real görünmür”...

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR