İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamilə qadını döydü, HƏBS EDİLDİ: Aptekdə FİLM KİMİ hadisə

1112 30.05.2022 15:48 Hadisə A A

Strasburqda maraqlı hadisə baş verib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, əri ilə aptekə dərman almaq üçün girən hamilə qadın gizlincə əczaçıya üzərində "SOS" yazılmış kağız verib. 

Qadının vəziyyətini anlayan əczaçı gizlicə polisə xəbər verib. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis qadının ərini saxlayıb. 

Saxlanılan zaman kişi polisə müqavimət göstərsə də fayda verməyib. 

Polis idarəsinə gətirilən cütlüyün izahatı alınarkən qadın davamlı şəkildə zorakılığa məruz qaldığını bildirib. 

Sübut üçün əlavə tibbi ekspertizaya ehtiyac qalmayıb. 

Qadının bədənindəki qançırlar hadisənin təzə olduğunu göstərirdi. 

Polis kişini inzibati qaydada həbs edərək işi məhkəməyə göndərib. 

Əczaçı isə sayıq davranışına görə polis rəisi tərəfindən qəbul edilərək təşəkkür elan olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR