İnsanlara hürriyət, millətlərə istiqlal!

Hafiz Hacıyevdən OLAY kimi Surət Hüseynov müsahibəsi: “Onun zəhərlənməsi...” – detallar CANLIda

2190 02.08.2023 13:30 Gündəm A A

Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev ötən gün dünyasını dəyişən sabiq baş nazir Surət Hüseynovla bağlı açıqlama verib.

H. Hacıyev həmçinin S. Hüseynovun köməkçisi Könül Rafiqqızının onun zəhərləndiyi iddiasından da söz açıb:

“Surət Hüseynov Azərbaycan xalqına düşmən insandır. Bunu biləsiz. Ona rəhmət düşmür. Bu adam Elçibəy hakimiyyətini devirən insandır, qiyamçıdır. Əlbəttə hər şey, onun öldürülməsi də, zəhərlənməsi də gözlənilirdi. Gərək insan həyatda yaxşılıq etsin. Onun heç bir yaxşılığı olmayıb. Azərbaycan müstəqilliyinə xələl gətirən bir adam olub. Bu belə bir tərbiyəsiz insan idi. Ona rəhmət düşmür. O çoxdan ölməli idi, gecikmişdi. Allah ona lənət etsin”.

Xatırladaq ki, bu dəqiqələrdə S.Hüseynov artıq Gəncədəki qəbiristanlıqda dəfn edilib.

Bu mövzuda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev TV Müsavatın “Canlı debat” verilişində danışacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR