İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadisədən ŞOK ETİRAF: 6 il ofisiantla yaşayıb, keçmiş əri isə... - VİDEO

1899 28.11.2023 20:20 Dünya A A

Hadisə sadiq bir qadındır, məni ordan vura bilməzlər. Münasibətim varsa, bütün diqqətim o şəxsdədir. Eyni zamanda işimi çox sevirəm. Mən olsam, Hadisədən ayrılmaram. Hadisə gözəl qadındır vallah. İçim önemlidir, amma münasibətimə çox dəyər verirəmsə, gözəl bir balans qururam və o kişiyə özünü dünyadakı tək kişi olduğunu hissini verərəm. Amma o da buna hazır olmalıdır. Hazır deyilsə, bunu edə bilmərəm.

Bu sözləri müğənni Hadisə "PurpleHej" yutub kanalına verdiyi müsahibəsində deyib. O, jurnalistin "Kişi olsaydın və Hadisə ilə sevgili olsaydın, ondan ayrılmağına səbəb nə olardı" sualına cavab verib. Ulduz bu cavabında ad çəkməsə də, keçmiş həyat yoldaşı Mehmet Dinçerdən ayrılma səbəblərini belə izah edib:

"Hazırdırsa, ona həm dünyaları verərəm, həm də o kişi üçün hər şeyi edərəm. Amma bilirsiniz nə olur, hazır olduqlarını düşünürlər. İlk mərhələdə Hadisə kimi bir adı daşıya biləcəklərini düşünürlər. Sonra bu qadın o kişiyə ağır gəlir. Adıyla, duruşu ilə, şöhrəti ilə, yaşadığı həyatla... Ağır gələndə də "Bir dəqiqə bu, məni aşır" deyib geri çəkilirlər. Bunu da açıq şəkildə deyə bilmirlər, kişinin qüruru var, uzaqlaşır. Ya da özünü ilk vaxtlarda tamamilə başqa cür, qəhrəman kimi göstərib səni özünə bağlayır və birdən gerçək kimliyi ortaya çıxır. Bax o zaman da Hadisə "bay-bay" deyir".

Ulduz həmçinin ilk dəfə 17 yaşında ilk baxışda aşiq olduğunu da etiraf edib.

"Bu səhnəni çox yaxşı xatırlayıram. Klubda ofisiant çalışırdı, onu yan profildən gördüm, kağıza sifariş yazırdı. Baxdım və vuruldum, aşiq oldum. Sonra münasibətimiz çox uzun müddət davam etdi. Biz 6 il bərabər idik. Eşq belə bir şeydir. Bunu yaşadığım üçün də çox sevinirəm"./Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR