İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahini o əvəz edəcək

2455 09.03.2023 19:18 Son xəbər A A

Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.

Musavat.com xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Əldə etdiyimiz məlumata görə, adıçəkilən ilahiyyatçı Hacı Şahinin tələbəsi olub. O, Haci Şahinin sağlığında da bir neçə dəfə bu səlahiyyəti icra edib. Belə ki, Hacı Şahin səfərlərdə olan vaxt onu Elbrus Kərimov əvəz edib.

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. O, martın 2-də evində qəfil dünyasını dəyişib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR