İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda torpaq sürüşməsi: ölənlərin sayı 18-ə çatdı

446 06.08.2023 13:19 Hadisə A A

Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 18-ə çatıb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında aparılan axtarış-xilasetmə əməliyyatı zamanı daha bir meyit tapılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Xilasedicilər 7-si uşaq olmaqla, 17 nəfərin axtarışı ilə məşğuldurlar.

Bildirilib ki, tapılan meyitlərdən yalnız 12-nin şəxsiyyəti məlum olub.

Xilasetmə əməliyyatlarında 400 xilasedici və 200 hərbçi iştirak edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR