İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan XİN rəhbəri Bakı ilə İrəvan arasında sülh prosesindən DANIŞDI

374 03.07.2024 14:34 Siyasət A A

"Gürcüstan Bakı və İrəvanın dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı tarixi qərarını alqışlayır və ümid edir ki, respublikalar arasında sülh prosesi müsbət dinamikanı qoruyub saxlayacaq".

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tiflisdə erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını qəti şəkildə dəstəkləyir:

“Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün konstruktiv dialoqun təşviqinə töhfə verməyə hazırdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR