İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan baş naziri ABŞ-a səfərdən imtina edib

569 03.05.2024 13:01 Dünya A A


Gürcüstanın baş naziri İrakli Kobaxidze Birləşmiş Ştatlara nəzərdə tutulan rəsmi səfərdən imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici işlər nazirliyi məlumat yayıb.

Rəsmi məlumata əsasən, İrakli Kobazidzenin belə bir demarşının əsas səbəbi ABŞ tərəfinin Gürcüstan qarşısında sürdüyü tələblər olub. Belə ki, rəsmi Vaşinqton gürcü rəsmilərdən xarici agentlər haqqında qanun layihəsinin müvəqqəti geri çağırılmasını tələb edib.

“ABŞ tərəfinin tələbələri qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir”, - deyə XİN-in bəyanatında deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR