İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏTBUATIN YUBİLEY GÜNÜ JURNALİSTLƏRƏ ALİ MÜKAFATLAR VERİLDİ

2648 23.07.2010 09:26 Gündəm A A

Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamları oxuyub (onlarla aşağıda tanış ola bilərsiniz). Prezidentin sərəncamı ilə jurnalistlərə yaşayış evlərinin tikintisi və mənzil-məişət məsələlərinin həlli üçün Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 mln. manat məbləğində vəsait ayrılıb. Digər sərəncamla 8 informasiya agentliyinin hər birinə 10 min manat, 32 qəzet redaksiyasının hər birinə isə 20 min manat məbləğində birdəfəlik yardım ayrılıb. Ə. Həsənov prezidentin bir qrup jurnalistə fəxri adların verilməsi haqqında sərəncamını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

***

Prezident İlham Əliyev milli mətbuatın inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxsləri Azərbaycan Respublikasının fəxri adları ilə təltif edib:

“Əməkdar Jurnalist”

Abışova Vüsalə Mahir qızı
Amaşov Əflatun Əhməd oğlu
Çaladze Tatyana Yevqenyevna
Əhmədli Nəsir Abbas oğlu
Əhmədov Namiq Qədim oğlu
Əliyev Əbülfət Mədət oğlu
Əliyeva İradə Əbdül qızı
Əliyev Nair Ramiz oğlu
Əsgərov Ramiz Baxşəli oğlu
Fərəcov Rafiq Ocaqqulu oğlu
Fərzullalı ZAHİD SƏFƏROĞLU (“Yeni Müsavat”)
Hacıyev İsmayıl Alış oğlu
Hətəmli Baxşeyiş Abbas oğlu
Həziyev Bahəddin Musa oğlu (“Bizim Yol” qəzeti)
Hüseynov İlqar İqbal oğlu
Hüseynova Gültəkin Knyaz qızı (“Azadlıq” qəzeti)
İsmayılov Dağbəyi Mirzəxan oğlu
İsmayılov Musa Fehruz oğlu
Kərimov Yusif Abbas oğlu
Kərimova Şəmsiyyə Musa qızı
Qafarov Telman Hüseyn oğlu
Qaradağlı Vüqar Aydın oğlu
Quliyev Mikayıl Nəriman oğlu
Məcidov Şamil Curxan oğlu
Məmmədov Elman Telman oğlu
Məmmədov Hikmət Baba oğlu
Məmmədov Məmməd Yarəli oğlu
Məmmədov Natiq Adil oğlu
Məmmədov Tahir Tais oğlu
Məmmədova Pakizə Göyüş qızı
Nəbiyev Fərman Bəhram oğlu
Nəsirov Akif Təvəkkül oğlu
Paşazadə İlqar Tahir oğlu
Rəhmanov Cəmaləddin Ələm oğlu
Sevzixanov Vidadi Səvzixan oğlu
Şükürov İdris Muti oğlu
Tağızadə Şükufə Yusuf qızı
Zeynalov Zeynalabdin İsmayıl oğlu

“Əməkdar Mədəniyyət İşçisi”

Abbas Tapdıq Əlikişi oğlu
Abdinov Tofiq Məhərrəm oğlu
Abdullayev Adil Qüdrət oğlu
Babayev Adil Firudin oğlu
Babayev Ağasəf Malik oğlu
Əliyev Yaşar Məmmədəli oğlu
Əliyeva Ruqiyyə Nəriman qızı
Əliyeva Zöhrə Qulamhüseyn qızı
Xayrulin Farix Xabibullayeviç
Məmmədov Afət Sadıx oğlu
Məmmədov Allahverdi Paşa oğlu
Mirzəyev Umud Rəhim oğlu
Oğuz Yunus İsaxan oğlu
Rzayev Bəyəli Səfa oğlu
Rzayeva Elmira Ağamalı qızı

Prezidentin digər sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə bir sıra şəxslər “Tərəqqi" medalı ilə təltif ediliblər. Eyni zamanda 32 qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat ayrılıb.

***

Prezident İlham Əliyev həmçinin Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 959 nömrəli sərəncamının icrasının təmin edilməsi və bununla əlaqədar tədbirlərin maliyyələşdirilməsi, habelə Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə sərəncam imzalayıb.
Aşağıdakı 32 qəzet redaksiyasının hər birinə 20 min manat birdəfəlik maliyyə yardımı ayrılıb:

“Ayna” - “Zerkalo” qəzeti
“Azad Azərbaycan” qəzeti
“Azadlıq” qəzeti
“Azərbaycan” qəzeti
“Azerbaydjanskiye izvestiya” qəzeti
“Bakinski raboçi” qəzeti
“Bakı-Xəbər” qəzeti
“525-ci qəzet”
“Bizim yol” qəzeti
“Exo” qəzeti
“Ekspress” qəzeti
“Ədalət” qəzeti
“Həftə içi” qəzeti
“Xalq cəbhəsi” qəzeti
“Xalq qəzeti”
“İki sahil” qəzeti
“Kaspi” qəzeti
“Kaspiy” qəzeti
“Mərkəz” qəzeti
“Mövqe” qəzeti
“Novoye vremya” qəzeti
“Olaylar” qəzeti
“Palitra” qəzeti
“Paritet” qəzeti
“Paralel” qəzeti
“Respublika” qəzeti
“Səs” qəzeti
“Şərq” qəzeti
“Şərq qapısı” qəzeti
“Üç nöqtə” qəzeti
“Yeni Azərbaycan” qəzeti
“Yeni Müsavat” qəzeti

Aşağıdakı 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb:

ASSA-İRADƏ İnformasiya Agentliyi
“Azadinform” İnformasiya Agentliyi
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc)
“Azəri-Press” İnformasiya Agentliyi (APA)
“Olaylar” İnformasiya Agentliyi
“Səs” İnformasiya Agentliyi
“Trend” İnformasiya Agentliyi
“Turan” İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci bəndi ilə müəyyən edilən maliyyə yardımlarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, qəzet redaksiyalarına və informasiya agentliklərinə köçürülməsini təmin etsin.

***

Daha sonra KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb. Onların arasında qəzetimizin əməkdaşları Zülfiyə Sakitqızı və Röya Rəfiyeva da var.

***

Prezident İlham Əliyev milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıb:

  1. Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR