İnsanlara hürriyət, millətlərə istiqlal!

Gül və restoran: sevgi görüşləri hansı şəhərlərdə daha çoxdur?

406 13.02.2026 00:58 Dünya A A

Rusiyada məşhur naviqasiya servisi müxtəlif şəhərlərdə romantik görüşün orta qiymətini hesablayaraq “görüş indeksi”ni təqdim edib.

Musavat.com xəbər verir ki, araşdırmada iki nəfərlik restoran şamı və yeddi ədəd qızılgüldən ibarət buketin qiyməti əsas götürülüb.

Nəticələrə görə, ən bahalı şəhər Moskva olub – burada bir görüşün orta dəyəri təxminən 7 min rubl təşkil edir. İkinci yerdə Sankt-Peterburq (təxminən 6 min rubl), üçüncü yerdə isə Krasnoyarsk (5893 rubl) qərarlaşıb. İlk beşliyi həmçinin Kazan və Nijni Novqorod tamamlayır.

“Görüş indeksi” göstərir ki, orta aylıq əməkhaqqına əsasən moskvalılar ay ərzində 24 dəfə romantik görüşə gedə bilər. Sankt-Peterburq sakinləri üçün bu göstərici 20, Yekaterinburq üçün 18, Krasnoyarsk və Çelyabinsk üçün isə 17 görüş təşkil edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR