İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrük Komitəsinin qazi zabiti o TƏBRİKDƏN yazdı: "Qərəzli paylaşımlar..." VİDEO

2663 11.03.2024 13:47 Gündəm A A

Yəqin ki, əksəriyyətimiz içərisi adrenalin dolu evlik təkliflərindən, ad günlərindən bəhs edən, toy mərasimlərində edilən, ağla gəlməyən, hamının şok keçirdiyi, amma sonunda hər kəsin bəyəndiyi videolarla rastlaşmışıq.

Məsələn, oğlanla qızın restoranda çay içdikləri yerdə oranı polis forması geyinmiş şəxslərin basması, əllərinin qandallandığı sonrasında edilən mükəmməl evlilik təklifi...

Burada heç kim qızın haqlarının pozulduğundan söhbət açmır, hətta qızın özü belə prosesi çox bəyənir. Sizcə də elə deyilmi?!

Gömrük Komitəsinin Qadınlar Bayramı mübasibətilə hazırladığı videoçarxı gördüyümdə şablonlarımızı qırıb atdığımıza, yeniliklərə, yeni ideyalara açıq olduğumuza xeylək sevindim. Ən azından fərqli nəsə düşünülüb. Əsas odur ki, düşünülüb.

Düşünürəm ki, hansısa yenilik uğrunda ən əsası addım atmaqdır. Kimlərinsə nə deyər düşüncəsinə özümüzü, düşüncələrimizi həbs etsək, deməli, heç bir nailiyyətdən, inkişafdan söhbət belə aça bilmərik.

Xatirimdədir, Gömrük Komitəsində əməkdaşlar arasında narkotest keçiriləndə də müxtəlif cür qınama, lağ etmə və digər təsir mexanizmlərilə yetəri qədər üzləşmişdik.

Hətta təəssüf hissi ilə bildirmək istəyirəm ki, şahidi olurdum ki, bəziləri öz savadına, biliyinə yaraşmayan tərzdə qərəzli paylaşımlar da edirdi. Halbuki, bu, gözəl bir yenilik idi. Yeniliklərdən isə qorxmaq gərəkmir.

Amerikanlarda belə bir ifadə var: "İf your dreams don't scare you, they aren't big enough." - Əgər düşüncələriniz, arzularınız sizi qorxutmursa, deməli, onlar yetəri qədər böyük deyil.

Anadan ol, məktəb oxu, universitetə qəbul ol, işlə, sonunda yaşlan və dünyadan köç...

Əksəriyyətimizin etdiyi bu deyilmi?

Yenilikçi insanları xoşlayıram. Olur ki, ortaya sunduqları yeniliklərdə neqativ hallar da olur. Əlbəttə, bu, normal haldır. Ola bilər. Bunu bir proqramistin hansısa proqramı yazmasına bənzədə də bilərik. Tətbiq mexanizmində proqramda yaranan artıq-əskikliyi sonradan daha da təkmilləşdirərək ortaya mükəmməl bir proqram çıxarırlar.

Qayıdaq Qadınlar Bayramı üçün Gömrük Komitəsinin hazırladığı bayram videoçarxına.

Qeyd etmək istəyirəm ki, qadın personalımız bu prosesi çox bəyənib. Əslində etiraf edim ki, həyatımızın müxtəlif dönəmlərində hamımızın adrenalinə ehtiyacı var.

Kaş kişilər üçün də belə bir fərqli yanaşma tərzi olsa idi. Bu, həm də çalışdığım quruma və digər qurumlara səmimi təklifimdir. Səhər yuxudan oyanırıq, işə gedirik. Gecə də yerimizə girib yatırıq. Bizlərin də fərqliliyə, fərqli yanaşma tərzinə ehtiyacımız var.

Sanki bir gün ölmək üçün hər gün eyni şeyləri təkrar-təkrar yaşayırıq.

Həyatımızda fərqlilik yaratmağı bacarmalıyıq.

Eybi yox, icazə verək kimlərsə bəyənməsin, razılaşmasın, normaldır. Zatən hər kəs eyni düşüncədə olmalıdır deyə qayda da yoxdur. Amma qətiyyən kim nə deyər düşüncəsi ilə yaşamayaq. Yeniliklərə, fərqli və maraqlı düşüncələrə qucaq açaraq həyatımızı gözəlləşdirək.

Yazımdakı məqsəd çalışdığım təşkilatı haqlı çıxarmaq və ya dəstək məqsədi daşımır. Sadəcə, maraqlı ideyalı insanlarımıza bütün səmimiyyətimlə təşəkkür etmək istədim.

İQBAL SON.jpg (108 KB)

İqbal Səfərov, 
Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR