İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə "Azercell"ə məxsus avtomobil belə vuruldu - VİDEO

688 05.06.2022 11:10 Hadisə A A

Gəncədə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Musavat.com Publika.az--a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Azercell" şirkətinə məxsus "Niva" markalı avtomobili arxadan vurub. Nəticədə "Niva" markalı avtomobilin sürücüsü Məmmədov Elnur Nizami oğlu idarəetməni itirib və maşın səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobildə olan 4 nəfər xəsarət alıb.Yaralılardan ikisi uşaqdır.

Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Yaralıların vəziyyətləri orta-ağırıdır. Şəxsiyyətləri dəqiqləşdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR