İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc oğlan musiqiyə görə atasını öldürdü

644 10.02.2024 23:21 Kriminal A A

Rusiyanın Samara şəhərində 20 yaşlı oğlan ona irad bildirən ögey atasını öldürüb.

Hadisə “Sovetski” məhəlləsində baş verib. Yeməkdən sonra gənc oğlan mətbəxdə musiqi dinləyib və bu ögey atasının xoşuna gəlməyib. Belə ki, kişi yüksək səsli musiqiyə görə ögey oğlunu danlayıb.

Bir müddət sonra münaqişə davaya çevrilib və gənc bıçaq götürərək, ögey atasını vurub. Hadisədən sonra oğlan qaçaraq səhərə kimi çayın kənarındakı kolluqlarda oturub. Yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı “qətl” maddəsi ilə cinayət işi açılıb. Cinayətkar saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR