İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc könüllülərin performansı – tələbə sanırdıq, şagird imişlər

1172 04.11.2023 20:30 Təhsil A A

Bizi - Özbəkistanın mədəniyyət irsinə həsr olunmuş 7-ci konqresin müxtəlif ölkələrdən olan iştirakçılarını Səmərqəndin görməli yerlərinə və muzeylərinə bir qrup gənc müşayiət edirdi. Onlardan biri avtobusun mikrofonu ilə ingiliscə prezentasiya edir, qonaqlara məlumat verirdi. Qalanlar da həm rus, həm ingilis dillərində iştirakçılarla danışır, onları maraqlandıran sualları cavablandırırdılar.

Düşünmək olardı ki, onlar Səmərqənddəki və Daşkənddəki universitetlərin, xüsusilə də əcnəbil dillər öyrədilən ali məktəblərin orta kurslarının tələbələridir və hazırda konqresin könüllüləri kimi fəaliyyət göstərirlər.

Heç demə, bu gənclər hələ tələbə deyillər, orta məktəbin 11-ci sinfində oxuyurlar. Amma növbəti ildə onların çoxu ali məktəbə daxil olmaq üçün sənəd verəcəklər və savadlarından, davranışlarından belə aydın olur ki, bu şagirdlər mütləq universitetə qəbul olnacaqlar.

Yalniz təqdimatçı Xoşvaxt (Xoşbəxt yox, məhz Xoşvaxt) hesab edir ki, təhsil almaq o qədər də vacib deyil, bir işlə məşğul olub pul qazanmaq lazımdır. O, həmyaşıdlarının içində daha fəal və daha savadlı təsir baışlayır. Hazır kapitandır. İngilis dilində ana dili kimi danışır. Az yaşı ilə bir dəfə Almaniyada da olub. Bu araşdırıcılıq və nitq qabiliyyəti ilə o, ali təhsil də alsa, çox-çox qabaqlara gedər.

sagord.JPG (65 KB)

Sabrina hüquq fakültəsinə daxil olmaq, atası kimi vəkil olmaq istəyir. Rus dilində yaxşı danışır, ingiliscəsindən narazıdır, təkmilləşdirilməsinə ehtiyac hiss edir.

Amir təhsilini xaricdə, Almaniyada davam etdirmək istəyir. Ləzizcan öz ana vətənində təhsil alcaq. Sitarə və Səməndər də eləcə…

Şagirdlərin bu qədər hazırlıqlı və kompekssiz olması, öz sahələrinin bilicisi olan yetkin insanların qarşısında çıxış etmələri, onlara nələrisə, xüsusilə tarixə aid məsələləri anlatmağa cəhd etmələri gerçəkdən heyrətamizdir.

Bu, o deməkdir ki, Özbəkistanda gənc nəslin təlim-tərbiyəsinə, hazırlığına ciddi fikir və önəm verirlər.

IMG_20231104_145604.jpg (5.73 MB)

X.Kazımlı, Musavat.com

Səmərqənd

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR