İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏDƏBƏYDƏ ÇIXAN QIZIL YERLİ SAKİNLƏRİ YOXSULLAŞDIRIR

2128 01.06.2012 09:36 Ölkə A A
Hazırda 95 nəfərin torpağı əlindən alınıb. 70 nəfəri aşağı məbləğdə kompensasiya ilə razılaşmağa məcbur ediblər. 25 nəfər isə bununla razılaşmır, çünki bu, təhqiramiz bir məbləğdir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 105 hektar bələdiyyə torpağını, 54 hektar da əhalinin mülkiyyətində olan torpaqları zorla alıb”.
T.Ələkbərovun sözlərinə görə, kənd sakinləri ilə 5 illik icarə müqaviləsi bağlandığı bildirilsə də, onlara heç bir sənəd təqdim edilməyib: “Faktiki olaraq torpaqlarımız əlimizdən alınır. Biçənəyin hər sotu üçün bir ildə 5 dollar, əkinin sotu üçün isə 17,5 dollar verilir. Biçənək 5 illiyə, əkin isə 10 illiyə icarəyə götürülür”.
Arıqdam sakinlərinin sözlərinə görə, 1997-ci ildə Böyük Britaniyanın “Anglo Asian Mining Plc” şirkəti ilə Azərbaycan Hökuməti arasında mineral ehtiyatların istismarına dair 30 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətə 6 sahə verilib ki, bunlardan biri Gədəbəydədir. Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək nəzərdə tutulub. Layihəni icra etmək üçün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (Azerbaijan İnternational Mining Company - AİMC) yaradılıb. Sazişdə Azərbaycanın payı 51 faiz, “Anglo Asian Mining Plc” şirkətinin payı isə 49 faiz təşkil edir.
Kənd sakinlərinin sözlərinə görə, zavodun fəaliyyəti onların həyatı üçün təhlükə yaradır. Deyirlər ki, suda və havada zəhərlənmə baş verir. Kəndin 60 faizinin yaylağa çıxışı da bağlanıb, dağ hasarlanıb. Əhali mal-qaranı saxlamaqdan məhrum olub".
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə bildirdi ki, əsas narahatedici amil Arıqdam sakinlərinin haqqının pozulmasıdır: “Onlara konkret olaraq sənəd göstərilməyib ki, bu torpaqlar nə üçün onlardan alınır. Torpaqlar dövlət ehtiyacları üçün yox, özəl şirkət tərəfindən zavod tikintisi üçün alınır”.
M.Qəhrəmanlının sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti arasında müqavilə bağlandığı üçün nazirlik bütün bu məsələlərdə cavabdehdir: “Məsuliyyət Ekologiya Nazirliyinin üzərindədir. Nazirlik orada bütün proseslərə cavabdeh qurumdur”. O qeyd etdi ki, Qırğızıstanda Kuntor qızıl mədənlərində bu cür proses baş verdikdə, QHT-lər və ictimaiyyət fəallıq göstərib, problemi aradan qaldırmağa nail olublar: “Orada qızıl mədənlərində hazırda hasilat ciddi nəzarətdədir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR