ŞEYX ANAR MƏMMƏDOVU DUBAYDAN QOVDURUB

Gənclər azərbaycanlı vergiödəyicilərinin pullarının hesabına yeyib-içib, əyləniblər. Restoranın personalı dəfələrlə gəncləri özlərini sakit aparmağa, başqa qonaqlara mane olmamağa çağırıb, lakin hər dəfə kobud cavab alıb.
Qonaqlığın ən qızğın çağında Dubay hökmdarının qohumu restorana daxil olub və xarici vətəndaşların davranışından hiddətlənib. Gənc şeyx administratoru çağıraraq qayda-qanun yaratmağı tələb edib. “Biz dəfələrlə onlardan xahiş etdik ki, özlərini nəzakətli aparsınlar, lakin onlar bizə məhəl qoymurlar”, - administrator bildirib. “Bir daha deyin”, - şeyx tələb edib. Lakin şeyxin sözlərinə məhəl qoyulmayıb. Bunu görən şeyx Dubayın polis rəisini çağıraraq qonaqların dərhal ölkədən çıxarılmasını tələb edib.
Şeyxin qərarı gənclərə açıqlandıqda məclis iştirakçılarından biri hətta Dubay hökmdarının qohumuna əl qaldırmaq istəyib. Lakin qonaqları restorandan çıxararaq Bakıya yola salmağa müvəffəq olublar. Eyni zamanda azərbaycanlı kişilərin bu ölkəyə gəlişinə qadağa tətbiq edilib. Qeyd edək ki, əvvəllər bu ölkəyə Azərbaycandan olan tənha qadınları da buraxmırdılar.