İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulinin Qayıdış qəsəbəsində yeni subartezian quyusu istifadəyə verilib

661 10.06.2022 20:34 Sosial A A

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” ASC-nin bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi layihələr çərçivəsində Füzuli rayonunun Qayıdış məcburi köçkün qəsəbəsində yeni subartezian quyusu istifadəyə verilib.

Bu barədə Musavat.com "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrinin içməli su təminatı indiyə qədər Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki subartezian quyusundan aparılırdı. Quyu zonasından qəsəbələrə çəkilmiş 273 mm diametrli magistral su kəməri uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü. Buna görə də köçkün qəsəbələrinin su təminatında fasilələr yaranır, eyni zamanda ciddi su itkiləri yaşanırdı.

Qəsəbələrin içməli su təchizatında dayanıqlığı təmin etmək məqsədilə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb və daha yaxın ərazidə yeni subartezian quyusunun qazılması qərara alınıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına qısa müddətdə quyunun qazıntısı başa çatdırlıb, onun elektrik enerjisi ilə təminatı həyata keçirilib. Yeni quyunun məhsuldarlığı və buradan əldə olunan suyun keyfiyyəti 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrində 967 abonenti dayanıqlı içməli su ilə təmin etməyə imkan verəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR