İnsanlara hürriyət, millətlərə istiqlal!

"Füzuli şəhərinə qayıdışa start verilir, 800 ailə..." - Deputat DETALLARI açıqladı

995 07.08.2023 12:33 Qarabağ xəbərləri A A

"Füzuli şəhərinə qayıdışa start verilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma üzrə 144 ailə (509 nəfər) mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar".

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov açıqlayıb.

vuqar.jpg (75 KB)

Deputat qeyd edib ki, bu ay həmin vətəndaşlarımızın Füzuli şəhərinə qayıdacağı gözlənilir.

Vüqar Bayramov həmçinin hazırda Füzulidə 38 binada tikinti-quraşdırma əməliyyatlarının sürətlə aparıldığını, ilin sonunadək 800 ailənin Füzuli şəhərinə qayıdacağını vurğulayıb:

"Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq".

Vüqar Bayramov əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksin salınacağını da bildirib:

"Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər Parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çoxmərtəbəli binalarla yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR