İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol millimizin baş məşqçisi postuna əsas namizədin adı bəlli oldu

1897 15.12.2023 20:46 İdman A A

AFFA-nın milli komandanın baş məşqçisi üçün əsas namizədi bəlli olub.

Federasiya rəhbərliyi rusiyalı mütəxəssis Kurban Berdıyevi millinin sükanı arxasına gətirmək istəyir.

Hazırda Berdıyev millinin baş məşqçisi postuna əsas namizəd sayılır.

Əslən Türkmənistandan olan Kurban Berdıyevlə artıq ilkin danışıqlar olub. 2024-cü ilin yanvarında isə onunla əsas danışıqlara başlanacaq.

Qeyd edək ki, Berdıyev hazırda Rusiya çempionatının birinci divizionunda yarışan Mahaçqala “Dinamo”sunun baş məşqçisidir. Daha çox Kazan “Rubin”indəki işi ilə tanınan təcrübəli mütəxəssis Qazaxıstanın “Kayrat”, Təbrizin “Traktor” klublarında, o cümlədən Türkmənistan millisində də çalışıb.//Bizim.media

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR