İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransuzski ilan...” - Makron xələflərinə başağrısı qoyub gedir

2170 12.01.2023 11:10 Siyasət A A

O, özünü türk düşməni kimi aparır və gələcək prezidentlərə ciddi problemlər buraxır; Prezident İlham Əliyev ümid edir ki, Fransada yeni hökumət əlaqələri qiymətləndirəcək

Fransa tarixən işğalçı dövlət olmaqla yanaşı, hər zaman separatçı, terrorçu erməniləri və “kiçik bacısı” Ermənistanı haqlı-haqsız müdafiə edib. Müxtəlif liderlərinin vaxtında Fransa ifrat anti-türk mövqeyi ilə xüsusi fərqlənib. “Yeni Müsavat” xatırladır ki, onlardan biri də məhz hazırkı prezident Emmanuel Makrondur.  Bu şəxs özünü birmənalı olaraq türk düşməni kimi aparır və Fransanın türk-islam dövlətləri ilə münasibətlərini korlayır. Makron beləliklə özündən sonrakı prezidentlərə, Fransa dövlətinə ciddi problemlər qoyub gedəcək, çünki addımları bunu deməyə əsas verir.

Makronun mahiyyətini Prezident İlham Əliyev də bir daha açıb. O, Makronun Azərbaycana qarşı qərəzinin səbəbi haqda deyib: “Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk Qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər. Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik...

Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdılar. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldı".

Praqa görüşünü xatırladan dövlətimizin başçısı deyib: “Bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər”. Prezident qeyd edib ki, bu, qeyri-normal bir vəziyyətdir və onu bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq. Beləliklə, Makron həm də öz dövlətinin, fransızların, Fransa dövlətinin də qəniminə çevrilib. Fransa xalqı onu devirə, bu qeyri-dövlətçi davranışlarına görə məsuliyyətə cəlb edilməsini, impiçment elan olunmasını tələb edə bilərmi? Bu prosesin, təbliğatın başlaması mümkündürmü?

Özləri də, çağırışları da rədd olunmalıdır”-

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Prezident Fransa haqda danışarkən tarixə də ekskursiya etdi: “Dövlət başçısı dedi ki, keçmiş prezident Jak Şirak mərhum Heydər Əliyev qarşısında qeyri-rəsmi öhdəlik götürmüşdü, Fransanın Minsk qrupunda danışıqlar prosesi zamanı tərəfsiz olacağına söz vermişdi. Fransanın eks-prezidentləri Olland və Sarkozi dövründə də rəsmi Paris birtərəfli mövqe sərgiləməmişdi, lakin Makron balansı tam pozdu. Halbuki Fransa-Azərbaycan iqtisadi əlaqələri kifayət qədər yüksəkdir, 2 milyarddan yuxarı ticarət dövriyyəsi var, "Total" şirkəti burada ciddi paya malikdir, o baxımdan Fransa üçün Azərbaycan əlverişli yerdir. Ancaq Makron düşmənçilik siyasəti aparır: Fransa qanunverici orqanında əleyhimizə qətnamələr çıxarılır, Laçın yolunda hadisələri BMT Təhlükəsizlik Şurasında müzakirə edirlər Yəni Makron dövründə Fransa-Azərbaycan münasibətləri kifayət qədər zədələnib və bundan sonra necə düzələcəyini təsəvvür etmək çətindir. Ondan sonrakı prezidentlər bizimlə əlaqələri düzəltmək istəsələr belə çətin olacaq. Çünki Azərbaycan cəmiyyətində Fransaya birmənalı münasibət var".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR