İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın dövlət borcu 4 trilyona çatır

298 15.07.2024 13:02 Dünya A A

Fransanın dövlət borcu 2027-ci ilə qədər hazırkı 3,1 trilyon avrodan 3,6 trilyon avroya yüksələ bilər.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Hesablama Palatasının rəhbəri Pyer Moskoviçi “France Inter” radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, hazırda Fransanın dövlət borcu 3,1 trilyon avrodur (ÜDM-in təxminən 110 faizi), 2027-ci ilə qədər bu, 3,6 trilyon avroya çata bilər.

Palata sədri bildirib ki, borclara xidmət hazırda respublikaya ildə 60 milyard avroya başa gəlir:

“2027-ci ildə bu məbləğ 80 milyard avroya qədər yüksələ bilər. Bu, dövlətin təhsil, ədalət, təhlükəsizlik və ya yaşıllığa keçid kimi digər sahələri maliyyələşdirmək imkanlarını azaldacaq”.

Moskoviçi əmindir ki, yeni hökumətin əsas vəzifəsi nə olursa olsun, dövlət borcunu azaltmaq olmalıdır: “Bu, sağ və ya solun işi deyil - bu, hamı üçün vacib şərtdir”.

Fransanın büdcə kəsiri 2023-cü ilin sonunda ÜDM-in gözlənilən 4,9 faizi əvəzinə 5,5 faizinə çatıb. İqtisadçıların fikrincə, bu il büdcə kəsiri proqnozlaşdırılandan (ÜDM-in təxminən 4,4 faizi) kənara çıxa və ÜDM-in 5,1-5,2 faizinə çata bilər.

Aİ qaydalarında nəzərdə tutulan büdcə kəsirinin maksimum səviyyəsi ÜDM-in 3 faizi həcmidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR