İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada kütləvi qətl törətmək istəyən şagird tutuldu

274 03.10.2021 02:16 Dünya A A

Fransada 2022-ci ilin 20 aprelində keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin ilk turundan dörd gün əvvəl Dənizkənarı Sena departamentində məscid və təhsil müəssisəsinə silahlı hücum edərək çox sayda insanı qətlə yetirmək niyyətində olan 19 yaşlı lisey şagirdi saxlanılıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Şagird bölgədəki məscidlərdən birinə, eləcə də liseyə silahlı hücum etmək istəyirmiş. Adı açıqlanmayan şəxs ifadəsində təhsil müəssisəsində məruz qaldığı zorakılığa görə lisey şagirdlərindən bu şəkildə qisas almaq istədiyini söyləyib.

Artıq gənc fransız ekstremistə ittiham irəli sürülüb və ötən cümə günü (24 sentyabr – Red) həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR