İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa XİN-in yeni başçısı və İrəvandakı səfirindən sərsəm iddialar

652 25.09.2024 23:50 Siyasət A A

Fransanın yeni təyin olunmuş xarici işlər naziri Jan-Noel Barro dərhal ermənipərəst mövqeyini nümayiş etdirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, nazir İrəvanın Fransadakı səfirliyində Ermənistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı Azərbaycana qarşı saxta iddialar səsləndirib. Fransa XİN başçısı deyib ki, bir il əvvəl guya “ermənilərin Dağlıq Qarabağdan zorla çıxarılmasına başlanılıb”.

“Fransa heç nəyi unutmur və nə onların geri qayıtmaq hüququ ilə bağlı, nə də mədəni və dini irsinin qorunması ilə bağlı heç nəyi güzəştə getməyəcək”, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X platformasındakı öz mikrobloqunda Fransa xarici işlər nazirindən sitat gətirərək yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR