İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa ilə Rusiya Zəngəzur müharibəsinə BAŞLADI - Detallar Akif Nağı ilə CANLI

835 03.10.2023 16:03 Gündəm A A

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Euronews telekanalına verdiyi müsahibədə Qarabağda baş verən hadisərlərdən, erməni icmasının Azərbaycandan Ermənistana köçməsindən danışıb.
Aİ Şurasının sədri baş verənlərə görə Rusiyanı qınayaraq deyib: “Vəziyyət aydındır - heç kim bunu Rusiyanın erməni əhalisinə xəyanət etdiyini görməyə bilməz.

Rusiya öz əsgərlərinin orada olmasını, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib.

Biz görürük ki, bu hərbi əməliyyat, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyanın zərrə qədər reaksiyası olmadan başlanıb”.
Qəribədir ki, dünyanın hər yerində Rusiyaya, onun başqa yerlərdə, xüsusilə də separatizm bölgələrində hərbi mövcudluğuna qarşı olan Avropa İttifaqı yalnız RF-nin Qarabağda mövcudluğuna dözümlü yanaşıb və onun erməni icmasını sona qədər dəstəkləməsini, himayə etməsini gözləyib.

Bu gün Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfər edəcək. “Kiyevdən qayıdış, Ermənistana istiqamət”, – nazir “X” mikrobloqunda yazıb.

Bundan əvvəl nazir bildirmişdi ki, Fransa İrəvandakı səfirliyinə hərbi attaşe təyin edəcək, həmçinin Azərbaycanla sərhəddə yerləşən Zəngəzur rayonunda konsulluq açacaq.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən partiyasının sədri Akif Nağı ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR