İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN: "Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib"

443 07.03.2023 11:43 Son xəbər A A

Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

"Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR